"Fəaliyyətlərində nöqsanlar aşkarlanmış aqroparkların statusları ləğv olunacaq"
Azərbaycanda fəaliyyətlərində nöqsanlar aşkarlanmış aqroparkların statusları ləğv olunacaq.
Bunu açıqlamasında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyəti sədrinin müavini Zamir Dibirov deyib.
Onun sözlərinə görə, hazırda ölkədə fəaliyyət göstərən aqroparkların müəyyən qiymətləndirilməsi aparılır: "Onların biznes-planlarına uyğun fəaliyyət göstərməsi, torpaq sahələrinin düzgün istifadə etməsi qiymətləndirilir”.
İdarə Heyəti sədrinin müavini qeyd edib ki, qiymətləndirmə aqroparkların reyestrinin yaradılması ilə bağlıdır: “İndiyədək yaradılmış aqroparklar müraciətlər əsasında təşkil olunub. Lakin artıq aqroparkların hüquqi çərçivəsi müəyyənləşib, əsasnamə qəbul olunub. Hazırda reyestrinin yaradılması istiqamətində işlər aparılır".
Z. Dibirov vurğulayıb ki, aqroparklar reyestrə salınandan sonra onlara qeydiyyat şəhadətnaməsi veriləcək: “Biz bu çərçivədə əməkdaşlıq edəcəyik. Onların qarşılaşdığı həm institusional, həm də fərdi problemlərini həll etməyə çalışacağıq. Burda həm istehsal, həm də satış prosesi ilə bağlı məsələlər ola bilər. Ümumiyyətlə, maliyyə resuslarına çıxış imkanlarının daha da asanlaşdırılmasına dəstək kimi məsələlərdə yer ala bilər”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 18 d. əvvəl
- 21 d. əvvəl
- 23 d. əvvəl
- 24 d. əvvəl
- 27 d. əvvəl
- 28 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib







.jpg)






.jpg)




