Novruz bayramını yerli otellərdə qeyd etmək üzrə QİYMƏTLƏR
Novruz bayramını yerli otellərdə qeyd etmək ilə bağlı da tur paketləri hazırlanıb.
Marja.az-ın araşdırmasına görə, 20-23 mart günlərində 2 nəfərin yerli oteldə Novruz bayramını qeyd etməsi üçün 429 -1272 manat civarında bir məbləğ xərcləməlidir. Qiymətlər otel otağından və xidmətlərdən asılı olaraq dəyişir.
Belə ki, 20-23 mart tarixləri üçün (3 gecə, 4 gün) Şabranda yerləşən "Qalaalti Hotel & SPA"da qiymətlər 1089 manat və 1164 manat, Lənkəranda yerləşən "Lankaran Springs Hotel"də 1125 manat və 1272 manat, Şamaxıda yerləşən "Shamakhi Palace Hotel"də isə 1245 manatdır. Qiymətlərə 3 dəfə qidalanma da daxildir.
Şəkidə yerləşən "Marxal Resort & SPA" 660 manat və 780 manat, Qəbələdə yerləşən "Qafqaz Riverside Hotel" 774 manat, İsmayıllıda yerləşən "Basqal Resort & SPA" 990 manat, Qubada yerləşən "Macara Lake Resort " 730 manat qiymət təklif edir. Qiymətlərə səhər və axşam qidalanma daxildir.
Qaxda yerləşən "El Resort" da qiymətlər bir qədər münasibdir. Otel dağ mənzərəli standart otağı 429 manata təklif edir.
"Quba Palace Hotel" Novruz bayramı günlərini möhtəşəm bayram konserti, tonqal, şən əhvali-ruhiyyə və Qubanın füsunkar təbiətinin əhatəsində qeyd etməyi təklif edir. 2 nəfər üçün 1 gecənin qiyməti 195 manatdır. Bu qiymətə dağ mənzərəli Deluxe otaqda gecələmə, geniş çeşidli səhər yeməyi (açıq bufet), SPA (qapalı hovuz, idman zalı, Türk hamamı, sauna) və Novruz bayramı proqramı daxildir.
Qeyri-istirahət günləri Azərbaycanın rayonlarında yerləşən lüks otellərdə qalmaq daha ucuzdur. Qiymətlər 1 nəfər üçün 65 - 110 manat civarında dəyişir.
Novruz bayramında ailənizlə birlikdə təbiətin qoynunda dincəlmək istəyirsinizsə, bu tur paketlərini rezervasiya edə bilərsiniz. Rezervasiyada "Baku Holiday Travel" şirkəti sizə kömək edə bilər.
Qeyd edək ki, birbaşa mehmanxanalara müraciət edərk tur paket qiymətlərindən fərqli təkliflər ala bilərsiniz. Novruz bayram günlərində "Macara Lake Park"ın "Townhouse Standard" otaqlarında, günorta və səhər yeməyi, spa xidmətləri daxil 2 nəfərlik otaq qiyməti 190 manatdan, "Lake Park" binasında standard otaqlar isə 220 manatdan başlayır.
Novruz bayramını İstanbulda qeyd etməyin tur qiymətləri isə 6 gecə 7 gün üçün (19 mart - 25 mart) 820 dollardan (1400 manatdan) başlayır və 1135 dollaradək (2000 manatadək) çatır. Qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb.
Novruz bayramında Monteneqro turunun qiyməti 2106 dollardan (7 gecə 8 gün), Tiflis turunun qiyməti isə 1040 dollardan (3 gecə 4 gün) başlayır. Tur qiymətləri 2 nəfərlik otaqda 2 nəfər üçün hesablanmışdır.
Qeyd edək ki, yerlərin və xidmətlərin sayından asılı olaraq otellərdə fərqli qiymətlər olar. Bu məqalə Novruz bayramında otellərdə istirahət etməyin qiymətləri haqqında təxmini təsəvvür yaratmaq üçün hazırlanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















