“PAŞA Kapital” vasitəsilə “ASCO” istiqrazlarına abunə yazılışı uğurla başa çatdı
(®) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilən hər birinin nominal dəyəri 1 000 (min) ABŞ dolları, ümumi məbləği isə 100 000 000 (yüz milyon) ABŞ dolları həcmində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlara abunə yazılışı müddəti 28 fevral 2023-cü il tarixində bitmişdir.
Bu istiqrazların abunə yazılmış investorlar arasında yerləşdirilməsi 3 mart 2023-cü il tarixində Bakı Fond Birjası QSC-nin ticarət platforması vasitəsi ilə həyata keçiriləcəkdir.
Qeyd edək ki, 29 dekabr 2022-ci il tarixindən 28 fevral 2023-cü il tarixinə qədər davam edən abunə yazılışı dövründə istiqrazların alınması üzrə 125 sifariş verilmişdir. Hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi 89,1 faiz, fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi isə 10,9 faiz təşkil etmişdir.
İstiqrazların anderrayteri PAŞA Kapital İnvestisiya Şirkəti QSC-dir.
Yerləşdirmə başa çatdıqdan sonra, bu istiqrazlar Bakı Fond Birjası QSC-nin “Premium” listinqində təkrar bazarda tədavül ediləcəkdir.
Ətraflı məlumat əldə etmək üçün əlaqə nömrəsi: 1548
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























