"Nəqliyyat dəhlizləri boyunca logistika mərkəzləri və gömrük anbarlarının sayı artırılacaq"
Orta dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) və "Şimal-Cənub" Nəqliyyat Dəhlizi boyunca logistika mərkəzləri və gömrük anbarlarının sayı artırılacaq.
Bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov bu gün keçirilən "Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı" mövzusunda konfransda deyib.
"Bu istiqamətdə Dövlət Gömrük Komitəsi tərəfindən İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə işlər görülür. Bu mərkəz və anbarların sayının artırılması üçün lazımi dəstəyi göstərəcəyik", - deyə İ.Hüseynov əlavə edib.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır.
2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin təməli qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə, 13 ölkə sözügedən sazişi ratifikasiya edib (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan, Türkiyə, Ukrayna).
5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
"Report"
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
9 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)







.jpg)


.jpg)










