“Araz” və “OBA” mükafata layiq görülüb
(®) Veysəloğlu Şirkətlər Qrupuna daxil olan 2 şirkət Korporativ Sosial Məsuliyyət layihələrində fəal iştirak etdiklərinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən yüksək qiymətləndirilib.
Belə ki, 23 fevral tarixində baş tutan tədbirdə “Araz” supermarketlər şəbəkəsi “Gənclərin (20 yaşadək) məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş”, “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” və “Qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyalarında təltif olunub. 2022-ci il ərzində 3106 nəfər qadın, 1287 nəfər gənc (20 yaşına kimi) və 111 nəfər əlilliyi olan şəxs “Araz” tərəfindən işlə təmin edilib.
Həmin tədbirdə “OBA” marketlər şəbəkəsi “Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyasında birinciliyə layiq görülüb. Belə ki, 2022-ci il ərzində 373 nəfər müharibə iştirakçısı “OBA” tərəfindən işlə təmin olunub. Bundan əlavə, 2315 nəfər qadın və 403 nəfər gənc (20 yaşına kimi) “OBA” marketlər şəbəkəsində məşğulluğa cəlb olunub.
İnklüzivlik və bərabər imkanlar Veysəloğlu Şirkətlər Qrupu üçün prioritet istiqamətlərdəndir. Qeyd edək ki, Şirkətlər Qrupu eyni zamanda Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (QSGP – WEPs/Women Empowerment Principles) qoşulmaqla gender bərabərliyi üzrə öhdəliklər götürdüyünü bəyan edib.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























