İnternet bazarında “Delta Telekom” və “AzerTelecom”a yeni rəqib gəlir
Azərbaycanın internet bazarına 3-cü “Backobone” provayderi gəlirAzərbaycanın internet bazarına ölkəmizi beynəlxalq internet şəbəkəsinə bağlayan 3-cü magistral (Backobone) internet provayderi daxil olur.
Hökumətdəki mənbələrə istinadən verlən xəbərə görə, bu səlahiyyətin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Aztelekom" MMC-yə verilməsi üçün işlər aparılır.
“Aztelekom”dan bildirilib ki, hazırda mümkün imkanlar araşdırılır:
“Ölkədə telekommunikasiya sahəsində sağlam rəqabətin təmin edilməsi üçün fərqli operatorların fəaliyyət göstərməsi vacib amildir. “Aztelekom” MMC olaraq, bazarda müştərilərə yüksək keyfiyyətli xidmətin göstərilməsində maraqlı olmaqla bərabər, hazırkı dövrün yüksək texnologiyaların tətbiq edilməsi üçün mümkün imkanları dəyərləndiririk. Mövcud müştəri tələblərinin qarşılanması üçün uzunmüddətli inkişaf strategiyamızda bu imkanlardan yararlanmağı hədəfləyirik”.
Qeyd edək ki, “Aztelekom” MMC ölkə üzrə fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətlərini göstərir.
Hazırda Azərbaycanda “Delta Telekom” və “AzerTelecom” MMC-lər “Backbone” internet provayderidir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)




