Azercell Türkiyəyə radio baza stansiyaları və humanitar yardım göndərir
Ölkənin aparıcı mobil operatoru zəlzələ bölgəsində davamlı mobil rabitə dəstəyi göstərir(®) Azercell Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstəyini davam etdirir. Şirkət qardaş ölkəyə 3 yük maşını humanitar yardım göndərib. Yardım təbii fəlakətdən zərər çəkənlərə kömək etmək üçün generator və digər həyati zəruri ləvazimatlardan ibarətdir.
Humanitar yüklərdən əlavə, lider operator zəlzələ bölgəsində davamlı mobil bağlantını təmin etmək məqsədilə bir neçə mobil baza radiostansiyası, texniki sursat göndərir və telekommunikasiya infrastrukturunun bərpası üzrə təxirəsalınmaz kompleks işlərin aparılmasında yerli mütəxəssislərə dəstək göstərəcək bir qrup Azercell mühəndisini Türkiyəyə ezam edir. Yardımın fəlakət bölgəsinə tez və səmərəli çatdırılması üçün şirkət aidiyyəti təşkilatlarla sıx əməkdaşlıq edir.
Humanitar yardımın və texniki dəstəyin göstərilməsi Azercell-in bu dağıdıcı təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində qəbul etdiyi qardaş ölkəyə dəstək proqramının bir hissəsidir.
“Azercell Könüllüləri” komandası şirkətin əməkdaşları arasında Türkiyədə zəlzələdən zərər çəkənlərə kömək etmək üçün zəruri əşya və maddi yardımın toplanması kampaniyası təşkil edib. Bundan əlavə, şirkət “Nargis” Fondu və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində Azercell abunəçilərinin öz ianələrini SMS vasitəsilə göndərə biləcəkləri qısa nömrələri istifadəyə verib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























