Almaniya daha çox azərbaycanlı sahibkar və menecerlərin iştirakına şərait yaradacaq
Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı”nda bir sıra yeniliklər nəzərdə tutulur.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilir ki, növbəti aylarda Almaniya tərəfi proqramda daha çox azərbaycanlı sahibkar və menecerlərin iştirakına şərait yaradacaq. Digər bir yenilik isə proqrama “ağıllı kənd təsərrüfatı”, “yaşıl iqtisadiyyat” və “Sənaye 4.0” kimi yeni istiqamətlərin əlavə edilməsidir ki, bu sahələrdə menecerlərimiz üçün təlimlər və təcrübə keçiriləcək.
Bu barədə Berlində keçirilmiş “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı”nın Müşahidə Şurasının 3-cü iclasında razılıq əldə edilib.
İclasda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və nazirliyin əməkdaşları, Almaniyanın Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi, proqramın Azərbaycan tərəfindən əlaqələndiricisi olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və GİZ-in nümayəndələri iştirak ediblər.
Tədbirdə 2009-cu ildən uğurla həyata keçirilən Almaniya-Azərbaycan Birgə Proqramının Azərbaycan sahibkarlarına inkişaf üçün əlavə imkanlar yaratdığı, indiyədək 500-dən çox sahibkar və menecerin proqramdan yararlandığı diqqətə çatdırılıb. İclasda KOBİA tərəfindən son 3 ildə proqram çərçivəsində görülmüş işlərə dair hesabat təqdim olunub, Agentlik tərəfindən proqram iştirakçıları arasında keçirilmiş sorğunun nəticələri açıqlanıb.
Xatırladaq ki, Almaniya-Azərbaycan Birgə Proqramında iştirak etmək istəyən azərbaycanlı sahibkar və menecerlərin müraciətləri il ərzində KOBİA tərəfindən elektron qaydada qəbul edilir (https://smb.gov.az/az/nav/beynelxalq-ixtisasartirma-kursu).
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
-
22 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















