"Ziraat Bank Azərbaycan" AFAD fonduna 100 000 ABŞ dolları məbləğində dəstək oldu
(®) Ziraat Bank Azərbaycan 6 Fevral tarixində Türkiyə Respublikasının cənub-şərqində baş vermiş dəhşətli zəlzələdə maddi və mənəvi zərər çəkən və yaralanan sakinlərə yardım məqsədilə “AFAD” hesabına 100 000 USD məbləğində ianə edib.
Bank hadisənin baş verdiyi ilk gündən etibarən qardaş ölkə ilə həmrəyliyini, onlara dəstək olduğunu müxtəlif yollarla göstərmişdir. Ziraat Bank Azərbaycan fəlakətin baş verdiyi ilk gündən etibarən filialları və rəqəmsal platformaları vasitəsilə “AFAD” hesabına edilən köçürmələri komissiyasız və ƏDV-siz icra etmişdir. Həmçinin Bank həmvətənlərimizin ianə etmə üsulları ilə aydın şəkildə tanış olaraq köçürmələrini rahat icra etmələri üçün fərqli izahedici video təlimatlar hazırlayaraq sosial media kanallarında paylaşmışdır. Qeyd edək ki, Ziraat Bank Azərbaycan “AFAD” qurumunun Azərbaycanda hesab açmasına dəstək verərək ianələrin daha tez və rahat çatdırılmasına vasitəçi olmuşdur. Bankın kollektivi maddi yardımla yanaşı, toplanılan humanitar yardımda da iştirak etmiş, onların təhvil verilməsində öz dəstəyini göstərmişdir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın, Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
-
22 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























