Karbamid 1-ci, qızıl 2-ci, pambıq mahlıcı 3-cü olub
“İxrac icmalı”nın yanvar sayına əsasən, 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın ümumi ixracı 38,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 3,05 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin on iki ayı ilə müqayisədə 12,4% artıb.
2022-ci ilin yanvar-dekabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 57,7%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 17,5%, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,4%, çay ixracı isə 35,6% artıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 912,4 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93%-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4% artıb.
2022-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (209,7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (185,2 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (173,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2022-ci ilin yanvar-dekabr ayları ərzində Rusiya Federasiyasına 928,6 milyon ABŞ dolları, Türkiyəyə 713,1 milyon ABŞ dolları, Gürcüstana 228,4 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 198,5 milyon ABŞ dolları və Qazaxıstana isə 102,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2022-ci ilin dekabr ayının qeyri-neft ixracı 303,5 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin dekabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 105,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 197,9 milyon ABŞ dollarına bərabər olub.
2022-ci ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (107,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (55,4 milyon ABŞ dolları) ikinci və İsveçrə (31,9 milyon ABŞ dolları) üçüncü olub.
2022-ci ilin dekabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (29,1 milyon ABŞ dolları) birinci, xurma (23,9 milyon ABŞ dolları) ikinci və pomidor (tomat) (16,8 milyon ABŞ dolları) üçüncü olub.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
-
-
7 saat əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
-
7 saat əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
-
8 saat əvvəl
Tarixin ən böyük birja çöküşü qapıdadır: “Hazırlıqlı olan daha da varlanacaq”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib
Ən çox oxunanlar
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Rusiya şirkətinə məxsus palma yağı Azərbaycanda satışa buraxılmadı, məhv edilməsi barədə qərar qəbul edildi
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib



















