SOCAR İstiqrazı sahiblərinin hesablarına 1 milyon 125 min dollar köçürüldü
SOCAR İstiqrazlarının 5-ci kupon ödənişi edildi“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5% olan və kupon gəlirləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının 1 milyon 125 min ABŞ dolları dəyərində növbəti kupon ödənişi 1 fevral tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.
Qeyd edilib ki. yerli fond bazarında ən çox müraciət olunan qiymətli kağıza çevrilən SOCAR İstiqrazları, 2023-cü ilin 1-ci, ümumilikdə isə, 5-ci faiz ödənişi nəticəsində sahiblərinə yenidən 1,125 milyon ABŞ dolları dəyərində gəlir qazandırıb. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 5 milyon 625 min ABŞ dollarına yüksəlib.
Tədavülə buraxıldığı son 15 ay ərzində təkrar bazar əməliyyatları həcminin 31 milyon ABŞ dollarına çatması, bağlanmış əqd sayının 380-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruması və alqı–satqı əməliyyatlarının daim nominal qiymətin üzərində olması SOCAR İstiqrazlarına yüksək tələbatın göstəricisidir.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək, əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2023-cü ilin 1 may tarixində baş tutacaq.
Xatırladaq ki, 5 illik tədavül müdddətinin sonunda investorlara cəmi ödəniləcək qazanc məbləği 22,5 milyon ABŞ dolları təşkil edəcəkdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz





















