“Bookmate” istifadəçiləri 15000 nəfəri keçdi
Azercell Telekom MMC-nin mütaliə sevərlər üçün təqdim etdiyi “Bookmate” layihəsinə maraq getdikcə artmaqdadır. Şirkətin təqdim etdiyi bu unikal xidmətdən yararlanan aktiv abunəçilərin sayı artıq 15000-i keçib.
Eyni zamanda 3000-dən çox ödənişsiz sınaq müddətindən istifadə edən user-lər bazası formalaşıb.
“Bookmate”-ə olan marağı nəzərə alan şirkət xidməti daha da təkmilləşdirərək abunəçilərinə təqdim edib. Belə ki, indi kitabxanada kitabların axtarışı daha rahat və daha dəqiq şəkildə istifadəçilərin ixtiyarına verilib. Bundan əlavə, kitab müəllifləri haqqında qısa məlumatlar kitabxanada öz əksini tapıb. Edilən daha bir yenilik isə oxucunun özü ilə bağlıdır. İndi hər bir oxucu oxuduğu kitabların sayını və kitab səhifələrini dostlarının nəticələri ilə müqayisə edə bilər. Nəzərinizə çatdıraq ki, mobil kitabxanaya Anar Qasımov, Qurban Səid, Patrik Suskind, Qabriel Qarsia Markes, Kobo Abe, Oşo, Koko Moyes, Cim Ron, Ameli Notomb, Henri Böll kimi müəlliflərin yeni əsərləri daxil olub.
Məlumat üçün bildirək ki, “Bookmate” minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılmış mobil tətbiqdir. Bu xidmət telefonda, planşetdə və kompüterdə maraqlı əsərləri tapıb oxumağın ən rahat yoludur. Azercell-in güzəştli qiymətlə təqdim etdiyi mobil kitabxanada 800 000-dən artıq kitaba çıxış təmin olunub.
“Bookmate” mobil kitabxanasına aylıq cəmi 3,50 AZN ödəməklə, oxucular yalnız xarici ədəbiyyatla deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilərlər.
Bir məqamı da nəzərinizə çatdıraq ki, abunəçinin Bookmate əlavəsini Apple Store və ya Google Play-dən endirdiyi halda 11.80 azn ödəyir, Azercell üzərindən yüklədikdə isə istifadə haqqı cəmi 3.50 azn təşkil edir, bu da Azercell abunəçiləri üçün 70%-ə qədər qənaət deməkdir. Yeri gəlmişkən, əlavəni yükləyən hər bir yeni abunəçi “Bookmate"dən 1 həftə ərzində pulsuz istifadə etmək imkanı qazanır.
Qeyd edək ki, danışıq balansından ödəniş imkanı abunəçilər üçün vaxt itirmədən, heç bir kredit kartından istifadə etmədən elektron kitabxanadan rahat şəkildə yararlanmaq imkanı verir. Xidmətin ən mühüm üstünlüklərindən biri “Bookmate” kitabxanasında kitab oxumaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitabı istənilən vaxt, istənilən yerdə, məsələn, metroda və təyyarədə oxumaq mümkündür. Həmçinin, əlinizin altında olan cihazın – smartfon, planşet və ya kompüter olmasının fərqi yoxdur. Çünki kitab cihaza yox, sizin şəxsi kitabxananıza əlavə edilir.
Qeyd edək ki, “Bookmate” Android, iOS əməliyyat sistemləri üzərindən işləyir. Bundan əlavə, www.bookmate.com saytına da daxil olmaqla abunəçilər kitabları oxuya və ya öz mobil cihazlarına əlavə edə bilərlər. Xidmət haqqında ətraflı məlumat və qoşulma qaydalarını www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
-
13 saat əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 13 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
1 gün əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycan neftinin son qiyməti
Bank Qarabağda ilk filialını açdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub


















.jpg)



