Aylıq 431 manat ödənişlə dəniz mənzərəli mənzillər

İnsanların mənzil xəyallarını gerçəkləşdirən “Kristal Abşeron” şirkətində ipoteka şərtləri daha münasib oldu. İndi çıxarışlı və tam təmirli təhvil verilən mənzillərə 20 yox, 25 illik ipoteka ilə sahib ola bilərsiniz. İpoteka faizi 8 deyil, 7% təşkil edir. İlkin ödəniş isə cəmi 20%-dir. Bu şərtlər mənzil bazarındakı ən sərfəli kredit şərtləri olmaqla bərabər, digər tikinti şirkətlərində mövcud deyil.
İpoteka müddətinin artması, faizin isə azalması aylıq ödənişlərin xeyli aşağı düşməsi ilə nəticələnib. Məsələn, ayda 431 manat ödəməklə Bayılda dəniz mənzərəli və tam təmirli sahəsi 52.9 kv.m olan 1 otaqlı mənzilə sahibi ola bilərsiniz.
AVQUSTDA TƏHVİL VERİLƏCƏK
“Kristal Abşeron” şirkətinin Bayıl layihəsindən mənzil alsanız, köçmək üçün uzun müddət gözləməyəcəksiniz. Bayılda tikilən yaşayış kompleksi artıq yekunlaşır, 2017-ci ilin avqust ayında kompleks tam təhvil veriləcəkdir.
Səbail rayonu Bibiheybət qəsəbəsindən Bayıl yaşayış massivinə çəkilmiş yeni yolun sol kənarında(Su idmanı sarayı ilə üzbəüz) inşa edilən bu yaşayış kompleksi hər biri 16 mərtəbəli olan 3 binadan ibarətdir. Binalar möhtəşəm memarlıq görünüşü ilə seçilir. Kompleksin həyətində geniş yaşıllıq sahədə uşaq meydançası və ikimərtəbəli müasir uşaq bağçası olacaq. Yaxınlıqda bir neçə orta məktəb yerləşir.
TAM TƏMİRLİ VƏ “KUPÇA”LI MƏNZİLLƏR
“Kristal Abşeron” dan mənzil almış sakinlər Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla (kupça) təmin olunur.
“Kristal Abşeron” mənzilləri tam təmirli təhvil verir. Təmirə - İtaliya istehsalı divar kağızları, İspaniya STN firmasının kafel və metlax məhsulları, Türkiyənin E.C.A. firmasının istehsalı hamam aksesuarları, Rusiya istehsalı palıd parket, Türkiyə İstehsalı seyf giriş qapısı daxildir. Mənzillər mərkəzləşdirilmiş kabel TV və internet ilə təmin edilir.
“Kristal Abşeron” “Sumqayıt”, “Xırdalan”, “Günəşli”, “Memar Əcəmi”, “Elmlər Akademiyası”, “Biləcəri”, “Qara Qarayev” , “Bayıl”, “8 ci MKR”, “Şərifzadə” ,” İnqlab” və s. layihələri ilə iri tikinti şirkətlərindən biridir.
Şirkətin layihələrində hər bir büdcəyə uyğun mənzillər mövcuddur. Aylıq ödənişlər 188 manatdan başlayır. Bu yay istədiyiniz “Kristal Abşeron” layihəsinə gəlin, xəyallarınızdakı mənzili 25 illik ipoteka şərtləri ilə əldə edin!
Layihələr barədə daha ətraflı: https://www.facebook.com/KristalAbsheron/?fref=ts
Telefon: *1544
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
23 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
3 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
39 d. əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
- 41 d. əvvəl
- 53 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2025-ci ilin ilk yarısı: zəifləyən qeyri-neft sektoru hansı siqnalları verir?
- 2 saat əvvəl
-
2 saat əvvəl
İngiltərə Mərkəzi Bankının faiz qərarı bazarların yönünü müəyyənləşdirəcək
- 3 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Sentyabrın 19-da gözlənilən hava şəraiti

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Azərbaycan neftinin son qiyməti

Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?

Rəsmi məzənnələr açıqlandı
