“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Dollar indeksi son 14 ayın minimumlarındaInvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Ötən həftə ABŞ-da inflyasiya göstəricilərinin proqnozlaşdırıldığı kimi geriləməsi dolların kəskin ucuzlaşmasına səbəb oldu.
Beləki, Amerikada İstehlak Qiymətləri İndeksi (CPİ) ötən ilin dekabr ayında aylıq müqayisədə 0,1% azalmış, illik müqayisədə isə 6,5% artıb. Ötən ilin son ayında CPİ 2020-ci ilin may ayından bu yana ilk dəfə aylıq müqayisədə geriləyərək, illik müqayisədə 2021-ci ilin oktyabrından bəri ən aşağı səviyyəyə düşüb.
Nəticədə dollar indeksi 101.60 bənd hədlərinə kimi gerilədi. “Ayı”lar eniş tendensiyasını davam etdirə bilsələr, DXY 100 bənd səviyyəsini test edə bilər.
Cari həftə ərzində İngiltərədə, Avrozonada, Almaniyada və Kanadada açıqlanacaq inflyasiya göstəriciləri birjalarda ciddi qiymət dəyişikliklərinə səbəb ola bilər. Həmçinin, Amerikada açıqlanacaq İstehsal Qiymətləri İndeksi, İngiltərədə dərc olunacaq əmək bazarına dair statistik rəqəmlər, eləcə də, Avrozonada və Almaniyada ZEW İqtisadi Aktivlik İndeksi kimi önəmli məlumatlar investorların diqqət mərkəzində olacaqdır.
EUR
Dolların qlobal bazarlarda ucuzlaşdığı ötən həftə ərzində EURUSD məzənnəsi 1.0867-ə qalxaraq 2022-ci ilin aprelindən sonra pik həddinə çatıb.Təhlillərə əsasən dollar indeksindəki eniş tendensiyası dərinləşərsə, avro dollar qarşısında 1.1050 hədlərinə qədər bahalaşa bilər. Qeyd edək ki, Avrozonada açıqlanacaq inflyasiya göstəriciləri tendensiyanın gedişinə ciddi təsir edə bilər.
GBP
Ötən həftənin sonu 1.2250 hədlərinə kimi bahalaşan GBPUSD məzənnəsində trendin necə davam edəcəyində bu həftə İngiltərədə açıqlanacaq inflyasiya və əmək bazarına dair statistik rəqəmlər ciddi təsir edə bilər.
TRY
İnkişaf etməkdə olan ölkələrin valyutalarında bahalaşmaya baxmayaraq, USDTRY üfüqi tendensiyasını 18,80TL həddindəki maksimumunu qorumaqla davam etdirir. Bu həftənin cümə axşamı günü Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı lirənin dollar qarşısında necə bir dalağalanma sərgiləyəcəyinə aydınlıq gətirə bilər.
GOLD
ABŞ-da ötən həftə geriləyən inflyasiya fonunda investorların qızıla kökləndiklərini müşahidə edirik. Nəticədə qızıl 1920$ hədlərinə kimi bahalaşdı. Dollar indeksində eniş tendensiyası davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1942$ və 2008$-a kimi bahalaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 15 saat sonra
-
-
7 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
8 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 8 saat əvvəl
-
8 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
8 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb




















