“Nargis” Fondu və “Bank Respublika” aztəminatlı ailələrə bayram sovqatı təqdim etdi
(®) “Nargis” Fondu Yeni il bayramı ərəfəsində respublikamızın aparıcı banklarından biri olan və daim xeyriyyəçiliyə töhfəsini verən “Bank Respublika”nın dəstəyi ilə növbəti xeyriyyə aksiyası həyata keçirib.
Belə ki, aksiya çərçivəsində Fond tərəfindən qeydiyyata alınmış Bakı və ətraf qəsəbələrdə yaşayan aztəminatlı ailələr bir aylıq ərzaq məhsulları ilə təmin edilib.
“Bayramlar paylaşdıqca gözəldir!” şüarı ilə keçirilən aksiyanın əsas məqsədi, Yeni il bayramı öncəsi ehtiyacı olan şəxslərə dəstək olmaq, onlara bayram sevinci yaşatmaqdır.
“Nargis” Fondu Azərbaycanda xeyriyyəçilik ənənələrinin davam etdirilməsi məqsədilə 2012-ci ildə Ülviyyə Mahmud tərəfindən təsis edilib və 2013-cü ildən etibarən aktiv fəaliyyət göstərməkdədir. Fondun dəstəyi ilə Azərbaycan Respublikasının müxtəlif yerlərində yaşayan ağır xəstəliklərdən əziyyət çəkən yüzlərlə uşaq yenidən sağlamlığa qovuşub. Eyni zamanda Fond tərəfindən müxtəlif social layihələr həyata keçirilir, o cümlədən aztəminatlı ailələrə dəstək məqsədilə müxtəlif aksiyalar və xeyriyyə tədbirləri təşkil olunur.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın beş aparıcı bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə institutlarından biri olan - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Müsbət" proqnozlu "B3" reytinqinə (Moody's) malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
14 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
46 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub




















