Qurğuşun biznesindən pul qazanan şirkət 1 milyon manat da cəlb edir
“Az-Lead” Məhdud Məsuliyyətli Cəmiyyəti hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar emissiya edib.
Marja.az xəbər verir ki, cəmi 1 milyon manatlıq istiqrazlar üzrə illik faiz dərəcəsi 13% təşkil edir.
İstiqrazlar üzrə hesablanmış faizlər ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 90 gündən bir ödəniləcəkdir.
“Az-Lead” MMC-nin nizamnamə kapitalı 100 % "İndart Holding" MMC-yə məxsusdur.
"Az-Lead" MMC şirkəti istifadəyə yararsiz akkumulyator və qurğuşun tərkibli xammalın toplanılmasını, saflaşdırılmış qurğuşun külçələrin istehsalını və ixracı prosesini həyata keçirir.
Xəbər verdiyimiz kimi, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın "AZ-LEAD" MMC şirkətinə 4,2 milyon dollar kreditin ayrılmasını təsdiqləyib.
“Az-Lead” MMC 2021-ci ili 11 milyon 708 min dollar gəlir və 1 milyon 579 min dollar xalis mənfəət ilə başa vurub. Şirkət 2020-ci ildə 8 milyon 868 min dollar gəlir əldə etsə də ili 172 min dollar xalis zərər ilə bağlamışdı.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























