Naxçıvanın bank sektorundakı vəziyyət açıqlandı - CƏMİ 911 MÜŞTƏRİ BANKA ƏMANƏT QOYUB
Azərbaycan Mərkəzi Bankı Naxçıvan Muxtar Muxtar Respublikası İdarəsi 30 noyabr 2022-ci il tarixinə muxtar respublkanın bank sektoru barədə əsas göstəriciləri açıqlayıb.
Marja.az-ın məlumatına görə, Naxçıvanda 7 bankın (Beynəlxalq Bank, Kapital Bank, Naxçıvanbank, Bank Respublika, AccessBank, Rabitəbank, Azər-Türk Bank) filial və şöbələri fəaliyyət göstərir. Həmçinin "Aqrarkredit"in və “FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının Naxçıvanda filialı mövcuddur.
Noyabr ayının sonunda, Naxçıvanda bank müştəri hesablarının sayı 240 min 220 təşkil edib. O cümlədən, müştəri hesablarının 56 min 441-i kredit, 911-i əmanət (depozit) hesabı olub. 2021-ci ilin avqust ayında 21 min 859 olmuş kredit hesablarının sayı həmən ilin sentyabr ayında 58 min 714-ə yüksəlmiş, sonrakı dövrdə bir qədər azalmışdır.
30 Noyabr 2022-ci il tarixində Naxçıvanda fəaliyyət göstərən banklardakı müştəri hesablarının 2 min 221-i hüquqi şəxslərə, 237 min 999-u fiziki şəxslərə məxsus olub. 2022-ci ilin 11 ayı ərzində 54 min 504 yeni hesab açılıb ki, onların da 179-u hüquqi şəxslərə, 34 min 325-i fiziki şəxslərə məxsus olub.
465 min nəfərdən çox əhalinin qediyyatda olduğu Naxçıvanda fiziki şəxslərin cəmi əmanətləri 13 milyon 559,4 min manat, o cümlədən milli valyutadakı əmanətlər 12 milyon 748 min manat, xarici valyutadakı əmanətlər 811,4 min manat təşkil edib. Noyabrda cəmi əmanətlər azalıb. Belə ki, Oktyabr ayının sonunda cəmi əmanətlər 14 milyon 14,2 min manata çatmışdı.
30 Noyabr 2022-ci il tarixində Naxçıvanda cəmi kredit qoyuluşu 252 milyon 442,5 min manat təşkil edib. O cümlədən, kreditlərin 200 milyon 760,9 min manatı istehlak kreditləri olub.
Qeyd edək ki, 1 noyabr 2022-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 2358 nəfər artaraq 465 min 194 nəfər olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
43 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 46 d. əvvəl
-
55 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
58 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir






















