“Nar”ın sosial layihəsi NETTY mükafatına layiq görüldü
(®) “Nar”ın korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilən “Jest dili” layihəsi “NETTY 2022” milli internet mükafatına layiq görülüb.
Jestdili.az Azərbaycan dilində ilk onlayn işarə dili lüğəti kimi “Elm, Təhsil və İnnovasiyalar” nominasiyası üzrə ən yaxşı layihə seçilib.
Qeyd edək ki, onlayn jest dili lüğəti Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) “Sosial layihələr” müsabiqəsinin qalibi olan “Doğma jest dili” layihəsi çərçivəsində “Nar”ın maliyyə dəstəyi və “Karlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə hazırlanıb.
Final mərasimində mükafatı qəbul edən “Azerfon” MMC-nin (“Nar” brendi) İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Əziz Axundov bildirib: “Müştəri yönümlü mobil operator olaraq, fəaliyyətimiz hər kəs üçün yüksək keyfiyyətli mobil xidmətlər təmin etməklə məhdudlaşmır; "Nar” həm də sosial layihələr vasitəsilə cəmiyyətin həyatına müsbət dəyər qatır. Jest dili layihəsi eşitmə məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiyasını təmin etməklə yanaşı, gündəlik həyatlarını daha da rahat edir.”
Jestdili.az veb resursu təxminən 3 minə qədər söz və söz birləşməsi jestlərinin izahedici mətnləri, eyni zamanda 2100-dən artıq jestin şəkilləri və videolarını ehtiva edir. Layihənin əsas məqsədi eşitmə məhdudiyyətli insanların sosiallaşmasını və cəmiyyətə inteqrasiyasını gücləndirməkdir. Həmçinin, geniş tərkibli vahid lüğətin yaranması ilə jest dilinin standartlaşması prosesi asanlaşır.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
18 san. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
-
9 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
1 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda daha bir aqropark yaradılıb
Ən çox oxunanlar
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir






.jpg)







.jpg)






