Azərbaycan Avstraliya şirkətilə “yaşıl hidrogen” layihələri üzrə müqavilə imzaladı
Energetika Nazirliyi və Fortescue Future Industries Azərbaycanda bərpa olunan enerji və “yaşıl hidrogen” layihələri üzrə Çərçivə Müqaviləsi imzalayıbEnergetika Nazirliyi və Avstraliyanın "Fortescue Future Industries" (FFI) şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb.
Nazirlikdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Azərbaycanla "Fortescue Future Industries" şirkətinin əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə töhfə verən Çərçivə Müqaviləsinin imzalanma mərasimi onlayn formatda keçirilib.
Müqavilə Azərbaycanda bərpa olunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, bu müqavilənin strateji əsasını Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” təşkil edir:
“Beş Milli Prioritetindən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioriteti qarşıya bu Müqavilə ilə üst-üstə düşən hədəflər qoyur. Həmçinin bu ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən imzalanmış və Azərbaycan ilə Avropa İttifaqı arasında “yaşıl enerji” dəhlizi üçün aydın şəkildə zəmin yaradan Anlaşma Memorandumu xüsusi vurğulanmalıdır”.
Nazir onu da əlavə edib ki, son dövrdə beynəlxalq enerji şirkətləri ilə bərpa olunan enerji üzrə irimiqyaslı istehsal güclərinin yaradılması və “yaşıl enerji”nin ixracı istiqamətində ardıcıl strateji əhəmiyyətli addımlar atılır: “Nəticədə Azərbaycan “yaşıl enerji” ölkəsinə transformasiya olunmaqla bərabər Avropa İttifaqı üçün neft, təbii qazdan sonra bərpaolunan enerji və hidrogeni də təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək. Fortescue Future Industries şirkəti ilə əməkdaşlığımızın tərəfdaş ölkələrin enerji təhlükəsizliyi və enerji keçidinə töhfə verəcəyinə inanırıq.”
Fortescue Future Industries şirkətinin sədri və təsisçisi Endrü Forest deyib:
“Bu günə qədər Azərbaycan hökuməti ilə apardığımız müzakirələr son dərəcə müsbət olub və bu Çərçivə Müqaviləsinin bu gün imzalanması mövcud tərəfdaşlıq üçün güclü potensialı bir daha nümayiş etdirir. Biz dünyanın hər yerində iqlim dəyişikliyinin fəlakətli təsirlərini görürük və bilirik ki, “yaşıl hidrogen” bu təsirlərin aradan qaldırılması istiqamətində inqilab etməyə, ağır sənayeni karbonsuzlaşdırmağa və iş yerlərinin yaradılmasına kömək edə biləcək praktik həll yoludur. Azərbaycan tarixən neft və qaz ölkəsi olsa da, Avropa ölkələrinə “yaşıl enerji”nin təchiz edilməsində strateji mövqeyinə görə “yaşıl sənaye” inqilabına qoşulması üçün yaxşı imkanlara malikdir. Bu gün imzalanmış bu Çərçivə Müqaviləsi” Azərbaycanın hökumətinin 2050-cu ilə qədər ölkənin istixana qazları emissiyalarını 40 faiz azaltmaq kimi iddialı məqsədinə nail olmaq üçün mühüm addımdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
52 d. əvvəl
“Azersun Holding” Günəş Enerjisi Sistemlərinin qurulması layihəsinə start verib
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Prime Cotton" şirkəti kənd təsərrüfatı texnika və avadanlıqlarının satışını elan edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Sığorta şirkətləri nə qədər haqq yığıb və ödəniş edib? - SİYAHI
-
2 saat əvvəl
Bu şirkətlər 10 ayda əhali və bizneslərdən 1 milyard 256 milyon manat haqq toplayıblar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Noyabrın 27-də gözlənilən hava şəraiti
Bakcell və Visa tərəfdaşlığa başlayır
Sığorta şirkətləri nə qədər haqq yığıb və ödəniş edib? - SİYAHI
Bu şirkətlər 10 ayda əhali və bizneslərdən 1 milyard 256 milyon manat haqq toplayıblar
Ən çox oxunanlar
Süd emalı zavodunun mayası azaldı
Azərbaycan neftinin son qiyməti
“SİMA İmza”nın yeni QR paylaşım funksiyası istifadəyə verildi
Pakistanın Baş naziri Azərbaycanın iqtisadiyyat nazirini qəbul edib
Elektron pul təşkilatı nizamnamə kapitalını 400 min manat artırıb
Rəsmi məzənnələr açıqlandı
"Bolmart"ın “Təzə Bazar” filialı fəaliyyətini bərpa etdi - VİDEO
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb


















.jpg)





