Nazir: İmtahanda hər 4 müəllimdən biri minimal balı toplaya bilməyib
Sertifikasiya imtahanında 60 sual verilib, onlardan 50-si ibtidai sinfə aid suallardır.
Bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusundakeçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, ibtidai sinif müəllimlərindən sertifikasiyaya başlamaq boşuna deyildi:
“Çünki uşaqlar ilk biliklərə ibtidai sinifdə yiyələnir. Bu biliklərə yiyələnmə səviyyəsi də müəllimin öz fənnini bilməsindən asılıdır. Yaxşı xəbər odur ki, bu gün hər 4 müəllimdən 3-ü öz fənnindən minimal biliklərə sahibdir. Sertifikasiyadan sonra bizim ibtidai sinif müəllimləri arasında qross əməkhaqqımız 1000 manata yaxındır. Düşünürəm ki, bu, çox yaxşı rəqəmdir. Pis xəbər isə odur ki, hər 4 müəllimdən biri öz fənnindən minimal balı toplaya bilməyib. 76 % müəllim - 8787 nəfər müəllim sertifikasiyadan keçib. Çox az sayda müəllimimiz var ki, imtahandan kəsilib. Artıq 10 ilə yaxındır ki, biz müəllimləri imtahanla işə qəbul edirik. Bizim imtahanla işə qəbul etdiyimiz müəllimlərdən biri yoxdur ki, bu imtahandan kəsilsin. Bu, yaxşı xəbərdir. Düşünürük ki, müəllimlərin işə qəbul imtahanı ilə sertifikasiya arasında da əlaqə var”.
Sertifikasiyanın nəticəsi müəllimlərin pis nəticə göstərməsi kimi qəbul edilməməlidir
Emin Əmrullayev bildirib ki, “Sertifikasiyanın nəticəsi belə qəbul olunmamalıdır ki, Azərbaycan müəllimləri pis nəticə göstərib”.
Nazir qeyd edib ki, bu, qətiyyən belə qəbul olunmamalıdır: “Bizim sualımız 4 müəllimdən birinədir. Rayonlar üzrə paylanma daha maraqlıdır. Biz bu il Bakı, Abşeron, Xızı, Sumqayıt, Siyəzən, Quba, Gəncə və digər rayonları əhatə etmişik. Sertifikasiya zamanı Bakı şəhərində 86 faiz müəllim uğur qazanıb. Yəni 14 %- müəllimimiz uğur qazanmayıb. Amma Samux və Daşkəsəndə cəmi 42 % müəllim uğur qazanıb. Bu, problemdir. 2023-cü il və digər illərdə biz digər bölgələrimizi imtahana cəlb edəcəyik. Bizim 10-20 rayonumuz var ki, Daşkəsəndən, Samuxdan daha aşağı nəticələr gözləyirik. Qax və Zaqatala bölgələrində nəticələrin yüksək olacağını gözləyirik. Amma Mərkəzi Aran, Lənkəran, Astara və Qarabağda nəticələrimiz kifayət qədər aşağı olacaq”.
"Müəllimlərin işə qəbulu ilə bağlı ağır qərarlar verməsək, sonra çətin olacaq"
Emin Əmrullayev deyi ki, “Çalışırıq ki, müəllimlərin işə qəbulunu normaya salaq”.
“Biz çox ciddi qərarlar verməliyik. Biz indi bu ağır qərarları verməsək, sonra çətin olacaq”, - deyə nazir qeyd edib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
©️ APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 17 d. əvvəl
-
- 21 d. əvvəl
-
1 saat əvvəl
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
-
1 saat əvvəl
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
ASCO-nun gəmiləri ilə daşınan konteynerlərin sayı 203 faiz artıb
-
2 saat əvvəl
Unibankdan Yeni ilin ilk kredit kampaniyası: 0 % komissiya və faizlərə endirim!
-
2 saat əvvəl
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Yanvarın 9-da gözlənilən hava şəraiti
ASCO-nun gəmiləri ilə daşınan konteynerlərin sayı 203 faiz artıb
Ən çox oxunanlar
"Mən hələ Xəzər dənizinin potensialını demirəm. Azərbaycan bölgənin böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq"
"Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir"
Bakıdan Əbu-Dabiyə birbaşa uçuşların sayı artırılacaq









.jpg)

















