"Unicapital"dan bazarların həftəlik analitikası
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili bazar
- Ötən həftə AR Maliyyə Nazirliyinin 25 milyon AZN həcmində 3 illik hərracı (effektiv müddət 2 il 9 ay) 7.56% orta ölçülmüş gəlirliliklə nəticələnmişdir. Hərracda tələb təklifi 6.5 dəfədən çox üstələmişdir. Cari ilin sonunadək AR Maliyyə Nazirliyi istiqrazlarının hərracları nəzərdə tutulmamışdır.
- 7-8 dekabr tarixlərində hər biri 30 milyon AZN olmaqla AR Mərkəzi Bankının notlarının hərracları keçirilmişdir. Hərraclarda gəlirliliklər artmış, orta ölçülmüş gəlirliliklər 3.78% - 5.94% aralığında olmuşdur (bundan öncəki hərraclarda bu göstərici 3.42% - 5.50% idi).
- 2023-cü ilin Dövlət Büdcəsi təsdiq edilib. Dövlət Büdcəsi kəsirinin 2 milyard 579,9 milyon manat, inflyasiyanın orta illik göstəricisinin 6.9%, Ümumi Daxili Məhsulun real artım tempinin 2,7% olacağı proqnozlaşdırılıb. Gələn ilin dövlət büdcəsində neftin bir barelinin orta illik qiyməti 50 dollar məbləğində müəyyən edilib.
- 16 dekabr tarixində AR Mərkəzi Bankı faiz dəhlizinin parametrləri ilə bağlı qərarını verəcək. Qərar inflyasiyanın faktiki və proqnozlaşdırılan dinamikası nəzərə alınmaqla xarici mühitdə və daxili iqtisadiyyatda yaranan risk balansından asılı olaraq qəbul ediləcəkdir.
Xarici bazar
- 13 dekabr tarixində ABŞ-da inflyasiya göstəricisi açıqlanacaq. Analitiklər inflyasiyanın ötən ayla müqayisədə azalaraq 7.3%-ə düşəcəyini proqnoz ediblər. Ötən ay inflyasiya 8.2%-dən 7.7%-ə düşmüşdü.
- 14 dekabr tarixində ABŞ Federal Ehtiyatlar Sistemi faiz qərarı ilə bağlı iclas keçirəcək. İclasda faizlərin 0.50% artırılaraq aşağı həddinin 3.75%-dən 4.25%-ə, yuxarı həddinin isə 4.00%-dən 4.50%-ə artırılacağı gözlənilir.
- 16 dekabrda Rusiyada uçot faiz dərəcəsi qərarı açıqlanacaq, faizlərin dəyişməz, 7.50% saxlanılacağı gözlənilir.
- Ötən həftə Rusiyada və Türkiyədə inflyasiya göztəriciləri açıqlanıb. Hər iki ölkədə inflyasiya azalaraq keçən aydakından aşağı olmuşdur. Rusiyada illik inflyasiya gözləntilərdən (12.10%) aşağı, 11.98% olub. Türkiyədə isə inflyasiya 84.39% olub (gözlənti 84.80% idi). Xatırladaq ki, ötən ay Rusiyada və Türkiyədə inflyasiya müvafiq olaraq 12.63% və 85.51% olmuşdu.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 15 saat sonra
-
-
7 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
8 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 8 saat əvvəl
-
8 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
8 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb





















