“Yerli buğda keyfiyyətsizdir”
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fondunun yüksək keyfiyyətli buğdanın tədarükü ilə bağlı elanından sonra bu günə qədər fermerlərdən 100-dən çox müraciət olub.
FHN-in Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədov keçirdiyi mətbuat konfransında bildirib ki, uzun illərin müşahidəsi yerli buğda istehsalçılarının buğdanın keyfiyyətinə az önəm verdiyini göstərir.
“Bizim yerli buğda istehsalçılarının keyfiyyətli buğda tədarükü yoxdur. Bəzən buğdanın keyfiyyət göstəriciləri qəbul olunmuş standartlara cavab vermir. Buna səbəb fermerlərin buğdanın becərilmə prosesi zamanı yol verdikləri yanlışlıqlardır. Bundan başqa, fermerlərimiz keyfiyyətli toxum almırlar. Buğdanın elə növləri var ki, onlar çörək üçün, eləsi də var ki, makaron üçün, bəziləri isə spirt üçün nəzərdə tutulur. Buna görə də, fermerlər sortun seçimində diqqətli olmalıdırlar. Dünyada qəbul olunmuş normalar var. Azərbaycan vətəndaşı daha keyfiyyətli çörəklə qidalanmalıdır. Bəzən insanlar “ərzaqlıq buğda istehsal olunub”, - deyə ifadə işlədirlər. Lakin Azərbaycanda istehsal olunan buğdanın hamısı ərzaqlıq, çörək bişirilməsi üçün nəzərdə tutulmur”, - deyə idarə rəisi əlavə edib.
İdarə rəisi onu da əlavə edib ki, Azərbaycanda fermerlər bərk buğda istehsalında maraqlı deyillər: “Hal-hazırda Azərbaycanda 35-40 min ton bərk buğdaya ehtiyacı var. Bu buğda növləri həmçinin baha qiymətə alınır”.
Dövlət Taxıl Fondu tələbatın əsas hissəsini yerli istehsal hesabına ödəmək niyyətindədir
Zülfüqar Məmmədov mətbuat konfransında bildirib ki, "Ərzaq səbətinin tərkibinə əsasən adambaşına 186 kiloqram ərzaqlıq buğda tələb olunur".
Onun sözlərinə görə, ötən il 1,6 mln. ton buğda idxal olunub. Yerli istehsalçılar isə həmin dövr ərzində ümumilikdə 1,854 mln. ton buğda istehsal edib.
"Məqsədimiz tələbatın böyük əksəriyyətini yerli istehsal hesabına ödəməkdir. Təəssüf ki, buna nail ola bilmirik. Ərzaq təhlükəsizliyini şərtləndirən amillərdən biri də kadr məsələsidir. İxtisaslı kadr olmazsa, məhsul bolluğu yaratmaq, keyfiyyətə nəzarət etmək mümkün deyil. Bazarın tələbatına uyğun sortların yaradılması üçün işlər görülməlidir. Biz həm buğdanı istehsal etməliyik, həm də almalıyıq", - deyə Z.Məmmədov bildirib.
© APA
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Gobustone" məhsullarının istehsalçısının kapitalı kəskin azaldılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Uzunluğu 850 metr, hündürlüyü 53 metr olacaq - İnşasına başlanılıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərkosmos: Azerspace-3 layihəsi üzrə maliyyə institutları ilə danışıqlar davam edir
-
2 saat əvvəl
“Unibank”dan biznes sahiblərinə xüsusi təklif: “Biznesinizə 6 qat dəstək”
-
2 saat əvvəl
BOKT “Finans Kredit”in 2025-ci il üzrə maliyyə göstəriciləri - Ötən ili mənfəət ilə başa vurub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Gobustone" məhsullarının istehsalçısının kapitalı kəskin azaldılıb
Shell-in mənfəəti müharibə ilə yüksəlib
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 877 mini aşıb
Azərkosmos: Azerspace-3 layihəsi üzrə maliyyə institutları ilə danışıqlar davam edir
Ən çox oxunanlar
BOKT “Finans Kredit”in 2025-ci il üzrə maliyyə göstəriciləri - Ötən ili mənfəət ilə başa vurub
Bir ekosistemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
Uçot dərəcəsinin aşağı salınması pərakəndə kreditlərin ucuzlaşmasına səbəb olmayıb - 0,46 faiz bəndi bahalaşıb
Qlobal borcun həcmi 350 trilyon dolları keçib
Mərkəzi Bank: Fermerlərin kreditlərə çıxışını asanlaşdırmaq üçün yeni alətlər hazırlanır






.jpg)
.jpg)






.jpg)






