Uçotda olan vergi ödəyiciləri barədə məlumatlar açıqlanıb
Elektron qeydiyyat ərizələrinin 83,7 faizi Asan imza ilə təqdim olunub2022-ci ilin dekabr ayının 1-nə respublika üzrə uçotda olan 1.399.990 vergi ödəyicisinin 87,4 faizi fiziki şəxslər, 12,6 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin sayı 5,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,5 faiz (ümumi artımın 80,7 faizi), hüquqi şəxslərin sayı 9,4 faiz (ümumi artımın 19,3 faizi) artıb. Həmin dövrdə kommersiya qurumlarının sayı 10,3 faiz artıb.
2022-ci ilin 11 ayı ərzində 14.259 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,4 faiz çoxdur. Kommersiya qurumlarının 72,1 faizi elektron qaydada, 27,9 faizi kağız daşıyıcılarda müraciətlər əsasında qeydə alınıb. Onlardan 19,4 faizinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin edilib.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,8 faiz təşkil edib. Yeni qeydiyyat üsulunun (fin kod+mobil nömrə) ümumi qeydiyyatda xüsusi çəkisi 11,7 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,4 faiz olub.
Ümumiyyətlə, ilin əvvəlindən icra olunmuş elektron qeydiyyat ərizələrinin 83,7 faizi Asan imza ilə təqdim edilib.
2022-ci ilin 11 ayı ərzində qeydiyyatdan keçmiş kommersiya qurumlarından 76,8 faizi yerli investisiyalı, 23,2 faizi xarici investisiyalı qurumlardır.
Dekabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,7 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,4 faizi səhmdar cəmiyyət, 1,2 faizi kooperativ və s. formalarda yaradılıb.
2022-ci ilin 11 ayı ərzində fəaliyyəti bərpa edilmiş hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 22,2 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 22 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
29 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
45 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
49 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























