"İşğaldan azad edilmiş ərazilərlə bağlı yeni proqramın həyata keçirilməsini planlaşdırırıq”
Gələn il İqtisadiyyat Nazirliyi yanında Sahbikarlığın İnkişafı Fondunun verəcəyi kreditlər bu illə müqayisədə az olmayacaq.
Bunu Fondun İdarə Heyətinin sədri Osman Xaliyev bildirib.
“Fond iş adamlarının uzunmüddətli, daha aşağı faizli maliyyəyə çıxışını təmin etmək üçün əsas operatordur. Əsas strategiyamız regionlarda kiçik və orta bizneslərin inkişafına dəstək göstərməkdir. Növbəti il üçün də biznes qurumlarında sosial və korporativ idarəetmə standartlarının tətbiqini təşviq etmək məqsədilə meyarlarımız müəyyən olunacaq.
İlin yekunlarını başa vurduqdan sonra proqnozlar tərtib edəcəyik və hesablamalar əsasında gələn il üçün kreditlərin nə qədər olacağını biləcəyik. Planımız odur ki, sahibkarlara ən azı bu ilki hədəflərdən daha çox vəsait ayırılsın. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, xidmət sektoru, turizm, səhiyyə, təhsil, logistika mərkəzlərinin, taxıl anbarlarının, soyuducu anbarların yaradılması və digər istiqamətlərdə layihələrin dəstəklənməsini davam etdirəcəyik. Əsas hədəf kapital tutumlu layihələrin maliyyələşdirilməsidir. Fond olaraq daha ucuz, orta və uzun müddətli layihələrin maliyyələşdirilməsini prioritet hesab edirik", - o qeyd edib.
O.Xaliyev Fondun işğaldan azad edilmiş ərazilərlə bağlı planlarını da açıqlayıb:
“Həmin biznes subyektərinə maliyyə dəstəyinin göstərilməsi layihəsi var. Hazırda bununla bağlı normativ hüquqi baza üzərində işlər aparılır. İlkin sənədlər hazırlanıb, bu sənədləri aidiyyatı qurumlara təqdim etmişik və hazırda həmin qurumlarla razılaşdırma mərhələsindəyik. Bu sənədlər təsdiq olunacağı təqdirdə işğaldan azad edilmiş ərazilərlə bağlı yeni proqramın həyata keçirilməsini planlaşdırırıq”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






