Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Moskviç” avtomobillərinin seriyalı istehsalına başlandı

“Moskviç” avtomobil zavodu işini bərpa edib. “Moskviç 3” yeni şəhər krossoverinin seriyalı istehsalına başlanılıb. Avtomobilin satışı Moskvada yanvarda, bütün Rusiyada isə martda başlayacaq.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Moskviç” avtomobillərinin seriyalı istehsalına başlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Moskvadakı keçmiş Renault zavodunda “Moskviç” avtomobillərinin seriyalı yığılmasına başlanılıb.

Marja.az xəbər verir ki, “Moskviç” brendi ilə yenidən istehsalın başlanması münasibətilə təntənəli mərasim keçirilib. Zavodun ilk yeni modeli “Moskviç 3” adlı krossoverdir.

Reklam_3_11

“Moskviç 3” avtomobili CVT avtomatik və ya mexaniki transmissiya (6 pilləli), benzin turbo mühərriklə (1,5 litr, 150 at gücündə, 210 Nm) təchiz edilir.

Mərasimdə Rusiya Federasiyasının baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturov, Moskva meri Sergey Sobyanin və “Moskviç”in baş direktoru Dmitri Pronin iştirak ediblər.

Yeni şəhər krossoveri “Moskviç 3” avtomobilininin satışı Moskvada yanvarda, bütün Rusiyada isə martda başlayacaq.

“Moskviç” avtomobillərinin elektrik versiyaları 2025-ci ildə Rusiya istehsalı olan akkumulyator, mühərrik və digər avadanlıqlar ilə təchiz ediləcək. Həmçinin 2025-ci ilə qədər “Moskviç” elektrik avtomobillərinin istehsalının illik 25 min ədədə qədər artacağı gözlənilir.

"Moskviç" markalı avtomobillərin gələcəkdə dövlət satınalmaları proqramlarına da daxil edilməsi planlaşdırılır.

Moskviç 3
23.11.2022 12:42
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18