Bank şəhid əməkdaşının adını daşıyan filialını açdı
Kapital Bank müştərilərə göstərdiyi xidmət şəbəkəsini genişləndirərək daha bir yeni filialının açılışını həyata keçirib.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, filial, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan, Kapital Bank-ın əməkdaşı olan Fərhad Fərhadlının adını daşıyır.
Yeni filial Fərhadın boya-başa çatdığı Sumqayıt şəhərində açılıb. Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsi 33D ünvanında fəaliyyət göstərən filial müştərilərə ənənəvi bank xidmətləri göstərmək üçün bütün zəruri imkanlara və şəraitə malikdir.
Açılış mərasimində Fərhad Fərhadlının ailə üzvləri, valideynləri, bizə əmanət qoyduğu qızı İnci, həmçinin Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, Azərbaycan Respublikası Mərkəzi Bankının və Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak edib.
Tədbir zamanı çıxış edən qonaqlar Fərhadın həyatı, ailəsi, təhsili, karyerası, şəxsi keyfiyyətləri barədə olan xatirələri ilə bölüşüblər. Filialın daxilində tərtib edilmiş xüsusi guşəyə Kapital Bank adından əklil qoyulub.
Qeyd edək ki, Fərhad Fərhadlı 8 dekabr 1993-cü ildə Sumqayıt şəhərində anadan olub. 2011-ci ildə Sumqayıtdakı 12 saylı orta məktəbi bitirib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Menecment ixtisasına qəbul olub. 2016-cı ildə hərbi xidmətə yollanıb. Aprel döyüşlərində də iştirak edib. 2017-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarə olunması ixtisası üzrə magistr təhsili alıb.
44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və qarşısına qoyulan vəzifə və tapşırıqları yerinə yetirən zaman, 20 oktyabr 2020-ci il tarixində düşmən üzərinə hücuma keçərkən 3 yaralını xilas edib, 4-cü yaralını çıxararkən şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən Fərhad Fərhadlı ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























