Mənimsəmə və rüşvət pulları "Az Farel" şirkəti ilə leqallaşdırılıb - 7 milyon manata yaxın...
Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova verilmiş yekun ittihamlar və cinayət işi üzrə dövlətə dəymiş ziyanın məbləği məlum olub.
Xəbərə görə, Alimpaşa Məmmədov Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olduğu yeddi il il ərzində xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə dövlətin qanunla qorunan mənafeyinə xələl gətirməkdə ittiham olunur.
İttihamda göstərilib ki, Alimpaşa Məmmədov müxtəlif şəxslərdən külli miqdarda rüşvət almaqla, rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə, külli miqdarda mənimsəmə və israfetmə yolu ilə talama və cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması yolu ilə qulluq mənafeyindən sui-istifadə edib.
Ümumilikdə Alimpaşa Məmmədov icra başçısı işlədiyi müddətdə mənimsəmə və rüşvət alma yolu ilə 6 milyon 804 min 613 manat pul vəsaiti əldə edib. O, sözügedən pul vəsaitinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pulu oğlu Adil Məmmədovun adına təsis olunmuş "Az Farel" MMC-nin tikinti xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini təkrar leqallaşdırıb.
Göstərilən əməllərə görə Alimpaşa Məmmədova 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib. Sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.
Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.
Cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 26 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib





























