Bakıda yeni satışa çıxan Fiat modelinin qiyməti açıqlandı - "gələn kimi satılıb"
Xəbər verdiyimiz kimi, “Avtolux Azərbaycan” MMC Fiat Tipo sedanının təqdim edib.
Şirkətdən “Marja”ya bildirilib ki, qiymət komplektasiyalardan asılıdır: “Hazırda salonumuzda qalan 1 avtomobil 33500 AZN-dır. Digərləri gələn kimi satılıb. Salonda yalnız 1 ədəd qalıb. Yaxın gələcəkdə yenə gələcək bu avtomobillər və daha ucuz olanları da olacaq”.
Türkiyə istehsalı olan bu model Türkiyə bazarında Egea, Avropa bazarında isə Tipo adı ilə tanınır . Bu modelin satış həcmi 1988 – 1995-ci illərdə 2 milyondan artıq olub və hətta 1989-ci ildəTipo “ ilin avtomobili ” adına layiq görülmüşdür.
C seqmentinə aid olan kompakt, funksional Tipo sedan 1,6 litr həcmli mühərrik və 6 pilləli sürət qutusu ilə təchiz olunub.
“Avtolux Azərbaycan” MMC şirkətinin nümayəndələri yeni Tipo modelinin Azərbaycan bazarında populyar “ailə avtomobili” olacağına inandıqlarını bildiriblər.
Qeyd edək ki, Fiat Tipo modeli və Avtolux Azərbaycan MMC-də satışda olan digər modellər müştərilərə sərfəli kredit şərtləri ilə təklif olunur. Şərtlər 5 ilədək kredit müddətindən , ilkin ödəniş 20% və illik 17% -dən ibarətdir.
Kredit şərtləri və avtomobil haqqında daha ətraflı məlumatı 983 qısa nömrəsinə zəng etməklə və ya Ü. Hacıbəyli, 57 C ünvanında yerləşən satış nümayəndəliyinə yaxınlaşıb əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
3 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
4 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
5 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib

























