Azərbaycanın ən böyük yol tikintisi şirkətinin xalis mənfəəti 2 dəfədən çox artıb
Azərbaycanın ən böyük və tanınmış yol tikinti şirkətlərindən biri olan "AzVirt" 2021-ci ili 6 milyon 527 min manat xalis mənfəət ilə başa vurub."AzVirt" şirkətinin xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 2,1 dəfə artıb. Şirkət 2020-ci ili 3 milyon 63 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, 2020-ci ildə "AzVirt"in əsas əməliyyat gəlirləri (inşaat işlərindən gəlirləri) 354 milyon 756 min manat ikən, 2021-ci ildə 563 milyon 201 min manata yüksəlib (208 milyon 445 min manat və ya 58,7% artıb).
ŞİRKƏT BÖYÜYÜB
31 dekabr 2021-ci il tarixində "AzVirt" 387 milyon 191 min manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 285 milyon 152 min manat cəmi aktivlərə malik idi.
Qeyd edək ki, "AzVirt" avtomobil yollarının tikintisi, yenidənqurulması və təmiri; körpülərin, yol ötürücülərinin və digər süni qurğuların tikintisi, yenidənqurulması və təmiri; hava limanları üçün terminalların, uçuş-enmə zolaqlarının, sükan yollarının və perronun tikintisi, yenidənqurulması və təmiri; tikinti materiallarının istehsalı və lLayihələndirmə işləri üzrə ixtisaslaşıb. Durmadan böyüyən və inkişaf edən "AzVirt" MMC-nin Rumıniya, Serbiya, Türkiyə,Latviya, Montenegro, Gürcüstan, Ukrayna və s. ölkələrdə filialları açılmışdır.
"Azvirt" MMC-nin təsisçiləri "Martin Beteiligungs GmbH & Co KG", Almaniya (30%), "Falcom Holding s.a.r.l", Lüksemburq (25%), Elnur Əliyev (25%) və "Walz GmbH & Co KG", Almaniya (20%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















