SOCAR əsas göstəricilərini açıqladı
SOCAR 2022-ci ilin 3-cü rübündə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumat yayıb.
Məlumata görə, SOCAR üzrə 2022-ci ilin üçüncü rübündə 18 min metrdən artıq qazma işləri həyata keçirilib.
Hesabat dövründə şirkətin istismar etdiyi yataqlarda 2 milyon tona yaxın neft, 2 milyard kubmetrdən artıq qaz hasil edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə SOCAR-ın qaz hasilatı 1,3 % artıb. Şirkətin istismar etdiyi neft yataqlarında hasilat səviyyəsinin nisbətən stabil saxlanılması istiqamətində kompleks tədbirlər planı davamlı şəkildə icra olunub.
2022-ci ilin üçüncü rübündə ölkə üzrə 8 milyon tondan artıq neft, 11 milyard kubmetrə yaxın qaz hasil edilib.
Cari ilin 3-cü rübündə SOCAR-ın ixrac göstəriciləri də qənaətbəxş olub. SOCAR tərəfindən ixrac edilən neftin həcmi 7,4% artaraq 4,8 milyon ton təşkil edib. SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edib.
Ölkə üzrə ixrac olunan təbii qaz həcmləri 16% artaraq, 5,2 milyard kubmetr olub. SOCAR tərəfindən Gürcüstan bazarına isə 174 milyon kubmetr təbii qaz ixrac olunub. Qonşu ölkəyə ixrac edilən qaz həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 56,8 faiz artıb.
Hesabat dövründə ölkə daxilində 2,5 milyard kubmetr qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% çoxdur. Ölkə üzrə qazlaşdırma səviyyəsinin yüksəlməsi qaz istehlakının artımını şərtləndirib.
Cari ilin iyul-sentyabr ayları ərzində SOCAR tərəfindən 1,8 milyon ton neft, 898 milyon kubmetr qaz emal edilib. Qaz emalı ötən ilin analoji dövrü ilə müqayisədə 10,6% artıb.
Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 591 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 d. əvvəl
-
- 8 d. əvvəl
-
25 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 47 d. əvvəl
-
50 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Ən çox oxunanlar
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
















.jpg)







