ABŞ-ın Ticarət naziri böhranı istisna etməyib
ABŞ-da yaxın gələcəkdə tənəzzülün başlaması qeyri-mümkün bir şey hesab edilməməlidir.
Marja xəbər verir ki, bu barədə cümə axşamı Bloomberg agentliyinin dərc etdiyi müsahibəsində ABŞ-ın ticarət naziri Gina Raimondo bildirib.
O, dünyada qeyri-sabit iqtisadi vəziyyətin hökm sürdüyünə diqqət çəkib. Belə ki, Çin və Avropa İttifaqının iqtisadiyyatı "yavaşlayır", İngiltərə isə "bir sıra çətinliklərlə üzləşir", ABŞ-da Federal Ehtiyat Sistemi (FED) isə uçot dərəcəsini artırır.
"Aydındır ki, bizdə böhran olması ehtimalı var. İqtisadiyyat soyuyacaq. Düzünü desəm, iqtisadiyyatın soyumasına və qiymətlərin aşağı düşməsinə ehtiyacımız var. Mənim fikrimcə, böhran qeyri-mümkün deyil”, - deyə nazir bildirib.
Amerika şirkətlərinin rəhbərləri ilə söhbətlər zamanı Raimondo, baş verənlərdən onların "narahat olduqlarını", lakin hələ də istehlakçıların alışlara və işə qəbulun davam etdiyini öyrənib.
"Bizim iqtisadiyyatımız uzun müddət ərzində ilk dəfə olaraq Çindən daha sürətlə inkişaf edir. Ona görə də hesab edirəm ki, ehtiyatlı olmaq lazımdır, lakin iqtisadiyyatdakı vəziyyət tam ümidsizliyə dəlalət etmir", - deyə nazir vurğulayıb.
ABŞ-da tənəzzül proqnozları
ABŞ prezidenti Co Bayden CNN telekanalına müsahibəsində deyib ki, ABŞ iqtisadiyyatında tənəzzül mümkündür, lakin o, cüzi ola bilər.
Sentyabrda FED-in rəhbəri Cerom Pauel bildirib ki, ABŞ iqtisadiyyatının sabitləşməsi çətin məsələdir və hakimiyyətin tədbirlərinin ölkədə tənəzzülün qarşısını almağa gətirib çıxaracağı hələ məlum deyil. FED baza faiz dərəcəsini müəyyən səviyyədə müəyyən etmək, sonra isə ölkədə inflyasiya 2%-ə qədər azalana qədər bu vəziyyəti saxlamaq niyyətindədir. Tənzimləyici ABŞ-ın növbəti üç il üçün ÜDM artımı proqnozlarını aşağı yönlü dəyişib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb

























