Səudiyyə Ərəbistanı: ABŞ OPEC+un qərarını təxirə salmağı istəyib
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi ABŞ administrasiyasının OPEC+ qrupunun neft hasilatının azaldılması qərarının bir ay təxirə salınmasını istədiyini açıqlayıb.
Marja xəbər verir ki, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi təxirə salınma tələbi ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada, OPEC+ qrupunun noyabr ayı etibarilə gündəlik neft hasilatını 2 milyon barel azaltmaq barədə qərarının iqtisadi çərçivədə qəbul edildiyi, sözügedən qərarın OPEC+ qrupu ölkələri tərəfindən birgə qəbul edildiyi, heç bir ölkəyə xas olmadığı və neft bazarlarında tələb və təklif balansını nəzərə aldığı qeyd edilib.
Neft bazarının vəziyyəti ilə bağlı OPEC+ qrupundan kənar müttəfiqlər və tərəfdaşlarla dialoqun və fikir mübadiləsinin vacibliyi vurğulanan bəyanatda, Səudiyyə Ərəbistanının ABŞ administrasiyası ilə apardığı davamlı məsləhətləşmələr zamanı Vaşinqtonun “qərarı bir ay təxirə salmağı” təklif etdiyi bildirilib.
“Lakin bütün iqtisadi təhlillər göstərir ki, qərar qəbulu prosesinin təklif olunduğu kimi bir ay təxirə salınması mənfi iqtisadi nəticələrə səbəb olacaq”, - deyə məlumatda bildirilir.
“Səudiyyə Ərəbistanı, qlobal iqtisadiyyatı bazar dalğalanmalarından qorumaq üçün üzərində çalışdıqları məqsədləri dəyişdirmək üçün hər hansı bir hərəkəti və ya səyi rədd edir”, - bəyanatda deyilir.
Bəyanatda deyilir: "İqtisadi çətinliklərin öhdəsindən gəlmək üçün konstruktiv, qeyri-siyasi dialoq və bütün ölkələrin maraqlarına nəyin xidmət etdiyini müdrik və rasional qiymətləndirmək lazımdır".
OPEC+ qrupunun energetika və neft nazirləri oktyabrın 5-də Avstriyanın paytaxtı Vyanada keçirilən toplantıda noyabr ayından etibarən gündəlik neft hasilatının 2 milyon barel azaldılması barədə qərar qəbul ediblər.
Bu qərardan sonra Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi oktyabrın 11-də ABŞ prezidenti Co Baydenin Səudiyyə Ərəbistanı ilə əlaqələri yenidən nəzərdən keçirdiyinə dair açıqlamalar verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb






















