Qlobal bazarlar ABŞ-da açıqlanacaq inflyasiya məlumatlarını gözləyir
Qlobal bazarlarda diqqətlər ABŞ-da açıqlanacaq inflyasiya məlumatlarına yönəldilib. ABŞ-da inflyasiya məlumatlarından əvvəl bazarlarda risk iştahı aşağıdır. Məlumatlar Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq.
Marja xəbər verir ki, S&P 500 indeksi altıncı ticarət günündə düşüb, indeks 2020-ci ilin noyabrından bəri ən aşağı səviyyəyə geriləyib.
Asiya fond bazarlarında geniş miqyaslı enişlər müşahidə olunur. Hong Kong Hang Seng 1%, Yaponiyanın Topix isə 0,6% ucuzlaşıb.
Dollar bir çox valyutalar qarşısında güclü olaraq qalır, Bloomberg Dollar İndeksi isə 1347 səviyyəsində sabitdir. Yen 24 ilin ən aşağı səviyyələrindədir, bazar iştirakçıları Yaponiyadan yeni bir müdaxilənin olub-olmayacağını izləyirlər. Dollar/yen məzənnəsi səhər saatlarında 0,1 faiz artaraq 146,8 olub.
ABŞ-da inflyasiyanın yavaşlaması gözlənilir
Ötən aylarda bir çox bazarlarda kəskin dalğalanmalar yaradan ABŞ inflyasiyasında yavaşlama gözlənilir. Bloomberg-in sorğusuna qatılan 52 iqtisadçının proqnozuna görə, sentyabrda istehlak qiymətlərinin artımı avqust ayındaki 8,3 faiz artımdan geri qalaraq, illik 8,1 faiz olacaq.
ABŞ-da istehlak qiymətlərinin aylıq 0,2 faiz artacağı gözlənilir.
Enerji və ərzaq istisna inflyasiyanın avqust ayındaki 6,3 faizdən daha sürətli - 6,5 faiz artacağı gözlənilir.
Bloomberg-in iqtisadçılarına görə, sentyabr ayı inflyasiya məlumatları FED-in noyabr ayında faiz artırmasına təsir etməsə də, dekabr qərarı üçün əhəmiyyətli bir məlumat ola bilər.
İqtisadçılar bildirirlər ki, gözləniləndən yüksək olan inflyasiya göstəriciləri dekabr ayında faiz artımının ölçüsünün 50 baza bəndinə düşməsini çətinləşdirəcək. İqtisadçılar öz qiymətləndirmələrində “OPEC+un hasilatı azalatmaq qərarından sonra artan benzin qiymətləri və hələ də yüksək baza inflyasiya səbəbindən ilin qalan hissəsində çox aşağı inflyasiya gözləmirik”,- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























