Bakı Ali Neft Məktəbində İtaliya şirkətinin dəstəyi ilə 500 min avro dəyərində laboratoriya istifadəyə verilib
2022-ci il oktyabrın 12-də SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) İtaliyanın “Maire Tecnimont” şirkətinin dəstəyi ilə yaradılan Polimer Tədqiqat Laboratoriyasının açılışı olub.
Tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf, BANM-in rektoru Elmar Qasımov, “Maire Tecnimont” şirkətinin baş icraçı direktoru və baş əməliyyat direktoru Alessandro Bernini, İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri və digər rəsmi şəxslər iştirak ediblər.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, tədbirin açılışında çıxış edən BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq “Maire Tecnimont” şirkəti tərəfindən yaradılan laboratoriyanın əhəmiyyətindən danışıb.
Rektor 500 min avro dəyərində olan bu laboratoriyanın BANM-in tədqiqat fəaliyyətlərinə dəstək olacağını, həmçinin tələbə və müəllimlərin elmi araşdırmalarına dəyərli fayda verəcəyini qeyd edib. Elmar Qasımov bu laboratoriyanın ən aktiv laboratoriyalardan biri olacağına və burada mühüm tədqiqatların aparılacağına inandığını ifadə edib. Hazırda BANM-in 14 məzununun “Maire Tecnimont” şirkətində çalışdığını vurğulayan Elmar Qasımov bu hadisənin əməkdaşlığın növbəti uğurlu nəticəsi olduğunu bildirib.
SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışında “Maire Technimont” şirkətinin dəstəyi ilə Polimer Tədqiqat Laboratoriyasının istifadəyə verilməsinin BANM-in gələcək inkişafı baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb. SOCAR-ın “Maire Tecnimont” şirkəti ilə uzunmüddətli və qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edən Rövşən Nəcəf Polimer Tədqiqat Laboratoriyasının “Maire Technimont” şirkəti ilə uğurlu əməkdaşlığın növbəti təzahürü, eyni zamanda, yeni tədris ilində BANM-in müəllim-tələbə kollektivinə edilmiş ən gözəl hədiyyə olduğunu qeyd edib. Müstəqillik illərində, xüsusən son 20 il ərzində ölkəmizdə təhsilin inkişafı istiqamətində strateji addımlar atıldığını, ölkə başçısının yüksək diqqəti və birbaşa nəzarəti ilə xüsusi dövlət proqramlarının uğurla icra edildiyini diqqətə çatdıran SOCAR prezidenti, BANM-in maddi-texniki bazasının gücləndirilməsinin, burada beynəlxalq standartlara cavab verən müasir laboratoriyaların yaradılmasının tələbələrin gələcək karyera inkişafı, ölkəmizdə yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi üçün əlverişli zəmin yaradacağını ifadə edib.
“Maire Tecnimont” şirkətinin baş icraçı direktoru və baş əməliyyat direktoru Alessandro Bernini BANM ilə səmərəli əməkdaşlıqdan bəhs edərək 2016-cı ildən qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla həyata keçirildiyini bildirib. Alessandro Bernini “Maire Tecnimont”un əməkdaşlıq etdiyi müxtəlif universitetlər arasında ilk dəfə BANM-də yaradılmış bu laboratoriyanın əməkdaşlığın yeni mərhələsinin təməlini qoyacağını vurğulayıb. O, BANM-in Azərbaycanın ən nüfuzlu təhsil müəssisələrindən biri olduğunu qeyd edərək qarşıda daha böyük planların və hədəflərin nəzərdə tutulduğunu ifadə edib.
İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri İtaliya ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə inkişaf etdiyini qeyd edib, istifadəyə verilən bu laboratoriyanın Azərbaycanda təhsilin daha da inkişafına mühüm töhfə verəcəyini bildirib.
Çıxışlardan sonra tədbir iştirakçıları laboratoriyada yaradılan şəraitlə tanış olublar. Polimer Tədqiqat Laboratoriyasında tələbə və müəllimlərin elmi araşdırmalar aparmaları üçün bütün zəruri şəraitin yaradıldığı, mövcud avadanlıqların tədqiqatların aparılması və materialların spesifikasiya tələblərinə nəzarətin təhlilinə imkan verdiyi diqqətə çatdırılıb.
Daha sonra SOCAR ilə “Maire Tecnimont” şirkəti arasında mövcud və gələcək əməkdaşlıq məsələlərinin müzakirəsinə dair ikitərəfli görüş keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 d. əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
-
- 18 d. əvvəl
- 22 d. əvvəl
-
1 saat əvvəl
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
-
1 saat əvvəl
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
ASCO-nun gəmiləri ilə daşınan konteynerlərin sayı 203 faiz artıb
-
2 saat əvvəl
Unibankdan Yeni ilin ilk kredit kampaniyası: 0 % komissiya və faizlərə endirim!
-
2 saat əvvəl
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Xalq Bankdan depozit seyfi xidməti
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
ASCO-nun gəmiləri ilə daşınan konteynerlərin sayı 203 faiz artıb
"Mən hələ Xəzər dənizinin potensialını demirəm. Azərbaycan bölgənin böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq"
"Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir"







.jpg)




















