Antiinhisar qanunvericiliyində edilmiş son dəyişikliklərin səbəbi açıqlanıb
Qəbul olunmuş yeni Qərara əsasən, Dövlət Xidməti sənəd və məlumatları təqdim etməyən təsərrüfat subyektlərinə qarşı məhkəmədə iddia qaldırmaq hüququna malik olub.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin vəzifə və funksiyalarını yerinə yetirmək üçün təsərrüfat subyektlərindən və vəzifəli şəxslərdən zəruri məlumatlar, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahat almaq hüququ olsa da, bunlar bəzən təqdim edilmir.
Bu barədə Dövlət Xidmətindən bildirilib.
“Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”ndakı son dəyişiklikləri şərh edən qurum bəyan edib ki, bu qaydalara əsasən iş qaldırıla və maliyyə sanksiyaları tətbiq edilə bilər. Buna baxmayaraq, təsərrüfat subyektlərinin müvafiq sənəd və məlumatların təqdim etməməsi hallarına rast gəlinir. Nəticədə Dövlət Xidmətinin apardığı iş üzrə araşdırmanın tam və obyektiv olması məhdudlaşır, həmçinin hüquqları pozulan digər təsərrüfat subyektlərinin hüquqlarının müdafiəsində ciddi maneələr yaranır.
Qeyd olunanlara əsasən, Dövlət Xidməti Nazirlər Kabinetinin 29 may 1998-ci il qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nda dəyişiklik edilməsi barədə layihə hazırlayaraq hökumətə təqdim edib. Qəbul olunmuş yeni Qərara əsasən, Dövlət Xidməti sənəd və məlumatları təqdim etməyən təsərrüfat subyektlərinə qarşı məhkəmədə iddia qaldırmaq hüququna malik olub.
Xatırladaq ki, oktyabrın 3-də Nazirlər Kabineti “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, sənədin 2.21-ci bəndinə 4-cü bənd əlavə edilib.
Həmin bənddə deyilir ki, antiinhisar siyasəti həyata keçirən qurumun tələb etdiyi sənəd və məlumatlar təqdim edilmədikdə onun məhkəməyə müraciət etmək hüququ yaranır.
Baş nazir Əli Əsədovun imzaladığı dəyişikliklə həmçinin antiinhisar qurumundan məhkəməyə müraciət edilməsi şərtləri də dəyişib. Belə ki, əvvəllər məhkəməyə müraciət hüququ antiinhisar qurumunun qərar çıxartdığı gündən 6 ay müddətində yaranırdısa, yeni versiyada rəsmi təqdim edildiyi gündən 30 gün müddətində məhkəməyə müraciət etmək imkanı verilir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















