Rusiyada Çinin valyutası populyarlaşır
Ekspertlərin fikrincə, pərakəndə investor üçün vəsaitini dollar və avrodan yuana köçürmək məntiqli qərar kimi görünür, çünki bu addımla aktivlərin bloklanması təhlükəsi aradan qalxır.Daha çox tanış olan valyutalarda - ABŞ dolları, avro, İsveçrə frankı və Britaniya funt sterlinqində aktivlərin bloklanması ehtimalı səbəbindən Rusiyada yuanla ticarət həcmi və yığım (depozitlər) artmaqda davam edir.
Marja-nın məlumatına görə TASS-a müsahibə verən ekspertlər bildiriblər ki, yuanda vəsait saxlamaq riskləri də mövcuddur.
Avqust ayında Moskva birjasında yuanın gündəlik ticarət həcmi ilk dəfə olaraq dolları ötüb. Hazırda bu tendensiya daimi xarakter alır. "FG Finam"ın analitiki Andrey Maslov bildirib ki, “Yuanla ticarət Çin tədarükünün artması ilə, eləcə də Rusiyada dolların investorlar üçün bu və ya digər formada qeyri-likvid ola biləcəyi gözləntiləri fonunda artmağa davam edir”.
Çin valyutası daxili bazarda maliyyə alətlərinin sayının artması ilə daha da populyarlaşır. Belə ki, Moskva Birjası yuan indeksini işə salmağı planlaşdırır, yuanla depozitlər populyarlıq qazanır, Rusiya şirkətləri yuanla istiqraz buraxmağa başlayıb.
Mütəxəssislərin fikrincə, pərakəndə investor üçün vəsaitlərin dollar və avrodan yuana köçürülməsi məntiqli qərar kimi görünür, çünki bu, aktivlərin bloklanması təhlükəsini aradan qaldırır. Bununla yanaşı, yuanda da müəyyən risklər daşıyır.
Yuanın məzənnəsi qeyri-sabitdir
"Yuan 2022-ci ilin mart ayından ABŞ dollarına nisbətdə 10%-dən çox dəyər itirərək 2008-ci ilin əvvəlindən bəri ən aşağı səviyyəyə çatıb, Çin iqtisadiyyatının yavaşlaması səbəbindən investorlar üçün risk daşıyır", - BCS World of Investments-in analitiki Dmitri Babin bildirib.
Bundan əlavə, yuan kifayət qədər sərbəst dönərli valyuta deyil: dünya bazarında onun ticarəti Çin hakimiyyətinin nəzarəti altındadır. "Yuanın məzənnəsi çox dəyişkən ola bilər, bu da Çin iqtisadiyyatının ixracdan güclü asılılığı ilə bağlıdır. Ona görə də onun valyutasının güclü şəkildə möhkəmlənməsi Çin üçün sərfəli deyil", - maliyyə bazarlarının və makroiqtisadiyyatların təhlili üzrə direktor Vladimir Braqin deyib.
Məzənnəsinin dəyişkənliyinə və məhdud konvertasiyaya görə Çin valyutasının riskli olduğu qeyd olunur. Tinkoff Investments-in investisiya analitikası departamentinin rəis müavini Andrey Oparin qeyd edib ki, Çin valyutasının alınması üçün digər risk faktoru Rusiyada geniş cari əməliyyatlar hesabının profisiti səbəbindən rublun yuana qarşı mümkün möhkəmlənməsidir.
"FG Finam"ın analitiki Maslov deyir ki, portfelin rubl və yuana bölünməsi hələ də riskli bir işdir. "Hər iki valyuta qapalı daxili siyasət aparan inkişaf etməkdə olan ölkələri təmsil edir. Yuanın yalnız sərmayədarın risk profilindən asılı olaraq portfelin 5-25%-i həcmində diversifikasiya opsionlarında istifadə edilməsi məqsədəuyğundur".
"Tinkoff Investments" hesab edir ki, indi portfelin böyük hissəsini rublla formalaşdırmaq daha yaxşıdır, çünki daha çox investisiya variantları var və rublda risklər nəzərəçarpacaq dərəcədə aşağıdır.
Eyni zamanda, ekspertlərin fikrincə, bu vəziyyətdə Honq-Konq dolları daha etibarlı alətdir, çünki onun məzənnəsi tarixən ABŞ valyutasına bağlanıb. + Zaman keçdikcə anti-Rusiya tədbirlərinin artan mənfi təsiri səbəbindən uzunmüddətli əmanətlərin əsas hissəsini nağdsız Honq Konq dollarında da saxlamaq daha yaxşıdır.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
2 d. əvvəl
“Asel Kredit” BOKT 2025-ci ili 3 milyon 371 min manat xalis zərər ilə başa vurub
-
- 8 d. əvvəl
- 9 d. əvvəl
- 21 d. əvvəl
-
22 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 55 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Rəsmi məzənələr açıqlandı
Neftin qiyməti ABŞ-İran razılaşmasına dair bədbinlik və yeni hücumların təsiri ilə yüksəlməkdə davam edib
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL























