Rusiya İranda 6 neft və 2 qaz yatağını işlədəcək
Rusiya İranda 6 neft və iki qaz yatağının işlənməsinə başlamaq niyyətindədir.
Marja xəbər verir ki, bu barədə bazar günü İranın neft nazirinin müavini Əhməd Əsədzadə məlumat verib.
"Xəzər İqtisadi Forumu çərçivəsində Rusiya Federasiyasının nümayəndələri ilə müzakirə etdiyimiz məsələlərdən biri də "Qazprom"la sazişin icrasının sürətləndirilməsi olub", - İranın neft nazirinin müavini Əhməd Əsədzadə bildirib.
İranın "Mehr" xəbər agentliyinin məlumatına görə, Rusiya tərəfi İran ərazisində yerləşən 6 neft və 2 qaz yatağının işlənməsi üzrə kompleks plan hazırlayır. Müvafiq saziş ilin sonuna qədər imzalanacaq.
Cümə axşamı Rusiya hökuməti Rusiya baş nazirinin müavini Aleksandr Novak və İranın neft naziri Cavad Övci arasında keçirilən görüşdən sonra bildirib ki, Moskva və Tehran neft və qaz sənayesi də daxil olmaqla bir sıra birgə layihələr üzrə danışıqlar aparır.
Rusiya və İran hazırda ticarət-iqtisadi əməkdaşlığı gücləndirir. 2022-ci ilin yanvar-iyul aylarında ikitərəfli ticarət 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 44,9% artaraq 2,8 milyard dollar təşkil edib. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2021-ci ildə Rusiya ilə İran arasında qarşılıqlı ticarətin həcmi 81,4% artıb. - 2,2 milyard dollardan 4 milyard dollara qədər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb


























