"Aqrar sığorta geniş tətbiq olunmur"
"Azərbaycanda aqrar sığorta geniş tətbiq olunmur və bu, sahibkarların əsas problemlərindən biridir".
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən “Aqrobiznes: yeni imkanlar və müasir çağırışlar” mövzusunda ictimai müzakirədə KOBİA-nın sədri Orxan Məmmədov bildirib.
O, sahibkarlarla müxtəlif vaxtlarda olan görüşləri zamanı onları narahat edən problemləri öyrənərək müəyyən nəticələrə gəldiyini qeyd edib: “Əsas problemlərdən biri aqrar sığortanın geniş tətbiq olunmamasıdır. Bununla bağlı rayonlar üzrə maarifləndirmə tədbirlərinin keçirilməsi çox vacibdir. KOB dostlarının, müxtəlif internet resurslarının cəlb olunması təklif oluna bilər".
Bundan başqa, O.Məmmədovun sözlərinə görə, 2-ci problem suvarma ilə bağlıdır: "Suyun olmaması və yaxud çatışmazlığı önəmli problemlərdəndir. Sahələrdə su hövzələrinin salınmasına icazə verilməməsi də əsas problemlər arasındadır. Bu barədə çox danışılsa da, problem hələ aktuallığını itirməyib. Suvarma kanallarında yenilənmə işlərinin sürətləndirilməsi, resursların daha səmərəli istifadəsi bu problemin həllinə müəyyən qədər təsir edə bilər.
3-cü əsas problem isə kənd təsərrüfatı təyinatlı torpaqların başqa məqsədlə istifadə olunması ilə bağlıdır. Bu məsələ də geniş müzakirə olunmaqdadır. Təsərrüfat subyektlərinin ərazilərində xidməti tikililərin, saxlanc yerlərinin qurulmasına icazə verilmir və sahibkarlar mütəmadi olaraq cərimələnirlər. Buna görə də, təklif edirik ki, belə hallarda müvafiq tikililərin qurulmasına icazə mexanizmlərinin hazırlanması ilə bağlı qanunvericiliyə yenidən baxılsın”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























