Azərbaycanın bank sektorunda 590 milyon manat xalis mənfəət
2022-ci ilin Avqust ayının sonunda Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 42 milyard 404.4 milyon manat, cəmi öhdəlikləri 37 milyard 137.9 milyon manat, balans kapitalı 5 milyard 266.5 milyon manat olmuşdur.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin avqust ayında bankların cəmi aktivləri 2%, cəmi öhdəlikləri 1.9% və balans kapitalı müvafiq olaraq 2.5% artmışdır.
Bankların kredit portfeli avqust ayında 0.8% (151.2 milyon manat) artaraq 18 milyard 638.6 milyon manat olmuşdur. Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56.3% (10 milyard 492 milyon manat) təşkil etmişdir. Ümumilikdə, cari ilin 8 ayında bankların kredit portfeli 11.9% və ya 1 milyard 979.5 milyon artmışdır.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 3.4% təşkil etmişdir. Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 0.8 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 2.4 faiz bəndi azalmışdır.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 82%-i və ya 30 milyard 437.2 milyon manat. Depozit portfeli avqust ayında 2.8% (836.7 milyon manat) artmışdır. Depozit portfelinin 65.1%-ni hüquqi şəxslərin depozitləri, 34.9%-ni fiziki şəxslərin depozitləri (əmanətlər) təşkil edir.
Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 0.3% (26.5 milyon manat) artaraq 10 milyard 632 milyon manat təşkil etmişdir. Əmanət portfelinin 55.3%-i (5 milyard 888 miylon manat) müddətli əmanətlərdən ibarətdir.
Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 402 milyon manat olmaqla (ay ərzində artım 4.8% və ya 799.2 milyon manat), hüquqi şəxslərin cəmi depozit portfelinin (19 milyard 805.2 milyon manat) 87.9%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması avqust ayında əvvəlki aya nəzərən 0.2 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 5 faiz bəndi azalaraq 39.7% təşkil etmişdir.
2022-ci ilin 8 ayında banklar 589.4 milyon manat xalis mənfəət, 849.9 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 135.8 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir (ötən ilin müvafiq dövri ilə müqayisədə 65.8% və ya 53.9 mln. manat daha çox).
31 avqust 2022-ci il tarixinə fəaliyyət göstərən 26 bankın filiallarının sayı 483, şöbələrinin sayı 94, ATM-lərin sayı 2960 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 1% (218 nəfər) artaraq 21947 nəfər təşkil etmişdir. Ümumilikdə, cari ilin 8 ayında bank sektorunun işçi sayı 8% və ya 1618 nəfər artmışdır.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 20 d. əvvəl
-
-
28 d. əvvəl
Dünya üzrə bitki yağı qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
-
43 d. əvvəl
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
-
55 d. əvvəl
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
-
1 saat əvvəl
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib
-
2 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit - Expressbank
Ən çox oxunanlar
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
“AZƏRENERJİ”nin ixracı 72%-dən çox artıb
“Azərbaycan Hava Yolları”nın ixracı 7% azalıb
Bakı Fond Birjasında ticarət dövriyyəsi 43% azalıb — REPO əməliyyatlarında 11,6 milyard manatlıq geriləmə
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı 71,7% azalıb




















.jpg)




