Qışda bina tikintisi ilə bağlı yeni tələblər
Azərbaycanda bina və qurğular layihələndirilərkən onların qış fəsli şəraitində inşa edilməsi nəzərdə tutulmalı olan tədbirlər müəyyənləşib.
Bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi və dekabrda qüvvəyə minən “Daş və armaturlanmış daş konstruksiyalar. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu normalar yeni tikilən və rekonstruksiya olunan bina və qurğuların daş və armaturlanmış daş konstruksiyalarının layihələndirilməsinə şamil edilir. Bina və qurğular layihələndirilərkən onların qış fəsli şəraitində inşa edilməsi tədbirləri nəzərdə tutulmalıdır. Qış vaxtı mənfi temperaturlarda bina və qurğuların inşasında tətbiq olunan hörgü üsulu əvvəlcədən dəyərin, əməktutumunun, sementin, elektrik enerjisinin, yanacağın sərfinin və s. optimal göstəricilərini təmin edən texniki-iqtisadi hesablama ilə əsaslandırılmalıdır. Qış hörgüsündə qəbul olunan üsul konstruksiyaların möhkəmliyini və dayanıqlığını həm tikinti dövründə, həm də istismar vaxtı təmin etməlidir. Kərpicdən, düzgün formalı daşlardan və iri bloklardan qış hörgüsü aşağıdakı üsullardan biri ilə yerinə yetirilməlidir:
- hörgü materiallarını korroziyaya uğratmayan, şaxta əleyhinə kimyəvi əlavələrdən istifadə etməklə, şaxtada qızdırılmadan bərkiyən və markası 50-dən aşağı olmayan məhlullarda;
- kimyəvi əlavəsiz, markası 10-dan aşağı olmayan adi məhlullarda, dondurma üsulu ilə.
Bu halda konstruksiya elementləri onların həm birinci ərimə müddətində (təzə əriyən məhlulun ən aşağı möhkəmliyində), həm də binaların sonrakı istismar dövründə lazımi möhkəmliyə və dayanıqlığa malik olmalıdır. Dondurma üsulu ilə tikilən daş konstruksiyaların hündürlüyü hesabatla təyin olunur, amma 15 m-dən və dörd mərtəbədən artıq olmamalıdır. Azmərtəbəli binaların (üç mərtəbəyə qədər) bünövrələrinin, yastı daşlardan markası M25-dən aşağı olmayan məhlullarda, xəndəyin divarına birbaşa söykənmiş dondurma üsulu ilə yerinə yetirilməsinə yol verilir;
- dondurma üsulu ilə tikilən konstruksiyaların markası M50-dən aşağı olmayan, kimyəvi əlavələrsiz adi məhlullarda, hörgünün, binanın üst konstruksiyaları ilə yüklənməsi üçün lazım olan möhkəmlik alması müddətində qızdırılması.
Qış hörgüsünün yekun möhkəmliyini təmin etmək üçün tədbirlər (məhlulun markasının yüksəldilməsi, möhkəmliyi yüksəldilmiş kərpic və daşların tətbiq olunması və ya ayrı-ayrı hallarda torla armaturlanmanın tətbiq edilməsi) işçi cizgilərdə göstərilməlidir. Bu tədbirlər kimyəvi əlavəli məhlullarda yerinə yetirilən hörgüdə yük saxlama qabiliyyəti 90%-dən çox, dondurma üsulu ilə yerinə yetirilən hörgüdə 70%-dən çox istifadə edilən elementlər üçün tətbiq olunur. Şaxta əleyhinə kimyəvi əlavəli məhlullarda qışda inşa edilən yüksək mərtəbəli binaların (9 mərtəbə və çox) işçi cizgilərində müxtəlif hazırlıq mərhələləri üçün ayrı-ayrı mərtəbələrdə məhlulun aralıq tələb edilən möhkəmliyini göstərmək lazımdır. Dondurma üsulu ilə yerinə yetirilən, qızdırılan qış hörgüsünün möhkəmliyi kəsiyin tam və ya bir hissəsində məhlulun tədricən bərkiməsi nəzərə alınmaqla təyin edilməlidir. Konstruksiyaların qızdırılmasına yalnız süni donmanın açılması müddətində hörgünün lazım olan yük saxlama qabiliyyətinin hesabatla yoxlanılmasından sonra yol verilə bilər. Dondurma üsulu ilə yerinə yetirilən divar hissələrində (dirəklərdə, divar aralıqlarında) donmanın açılması mərhələsində gərginliyin artması hesablamalardan aşkar edilmişsə, onda donmanın açılmasından sonrakı mərhələlərdə hörgünü pazlar və müvəqqəti dayaqlarla gücləndirmək lazımdır.
But-beton və kələkötür butdan, donmanın açılması mərhələsində vibrasiya və ya yüksək dinamik yüklərə məruz qalan və donmanın açılması mərhələsində boyuna yüklərdən 10% artıq eninə yüklərin təsirinə məruz qalan konstruksiyalar üçün donma üsulu ilə adi məhlullarda hörgünün aparılmasına yol verilmir. Nəm olan sexləri, hamamları, camaşırxanaları və istilik texnikası üzrə yüksək rütubətli binaların, həmçinin havasının temperaturu 40 dərəcədən çox olan binaların və su səviyyəsinin dəyişmə zonasında və bilavasitə su altında yerləşən hidroizolyasiyasız konstruksiyaların inşasında məhlullara şaxtaya qarşı əlavə kimi yalnız natriy nitritinin tətbiqinə icazə verilir. Natriy-nitrit, potaş, qarışıq kompleks əlavəli məhlulların, bilavasitə öncədən protektor örtüklərlə üzlənməyən, sinklənmiş və alüminium qoyma hissələrlə təmasda olmasına yol verilmir. Potaş əlavəli məhlulların markası 100-dən və şaxtaya davamlılıq markası F 25-dən az olan silikat kərpiclərdən inşa edilən divarlarda tətbiq olunmasına icazə verilmir. Qış fəsli şəraitində üzlük tavalarla eyni vaxtda inşa olunan daş divarların layihələndirilməsində üzlük qatının və hörgünün fərqli deformasiyalı olmalarını nəzərə almaq lazımdır. Layihədə çatların yaranmasının və üzlüyün əsas divarlardan ayrılmasının qarşısını alan tədbirlər göstərilməlidir.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat sonra
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)






.jpg)




