Evini kirayə verənlər üçün verginin azaldılacağı, cərimənin artırılacağı gözlənilir
Son illər Azərbaycanda, o cümlədən paytaxt Bakıda xeyli sayda insan mənzil problemini ipoteka krediti və digər yollarla həll edib.
Bununla belə, ölkədə hələ də evi olmayan minlərlə insan var və onlar adətən başqasının evində kirayəçi kimi yaşayırlar.
Kirayəyə üz tutanlar həm də evi olan, lakin işləmək və yaxud təhsil almaq üçün iri şəhərlərə üz tutanlardır. Odur ki, Azərbaycanda əməlli başlı kirayə bazarının formalaşdığını deyə bilərik. Amma bu bazarda sövdələşmələrin demək olar ki, hamısı xaotik formada - şifahi razılıq əsında baş tutur. Yəni, evini kirayəyə verən və kirayəyə ev götürən şəxslər bir qayda olaraq müqavilə bağlamırlar. Bu isə həm ev sahiblərinin və kirayəçilərin hüquqları baxımından risk yaradır, həm də kirayə bazarına nəzarət etməyə, bazar iştirakçılarını vergiyə cəlb etməyə mane olur.
"Kölgə iqtisadiyyatı"nın bir hissəsi
“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru, İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elnur Azadov deyir ki, kirayə bazarı faktiki olaraq "kölgə iqtisadiyyatı"nın bir hissədir: "Qara bazar”dır deyə vətəndaşların çoxu kirayə müqaviləsi bağlamır. Məqsəd isə vergi ödəməkdən yayınmaqdır. Müqavilə bağlansa, əldə olunan gəlirə 14% vergi tətbiq olunur. Odur ki, vətəndaşların 95%-i müqavilə bağlamır. İstisna hal ancaq xarici vətəndaşlara və yaxud təşkilatlara ev kirayə verəndə olur. Bu da "kölgə iqtisadiyyatı"nın mühüm bir hissəs deməkdir".
Evini kirayəyə verənlər az vergi ödəsin
Onun fikrincə, kirayə mənzil bazarındakı əməliyyatları leqallaşdırmaq, ev sahblərini müqavilə bağlamağa stumullaşdırmaq üçün vergi yükü azaldılmalıdır: "Biz təklif edirik ki, evini kirayəyə verənlər 14% deyil, 5-7% vergi ödəsin. Amma vergi ödəməkdən yayınanlar böyük məbləğdə cərimə olunsunlar. Hazırda İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti bununla bağlı qanun layihəsi hazırlayır. Cərimə mexanizmi tətbiq olunacaq".
Kirayə müqaviləsi can rahatlığıdır
E.Aazadov deyir ki, kirayə müqaviləsinin bağlanılmasında təkcə ev sahibləri deyil, həm də kirayəçilər maraqlı olmaldıır: "Müqavilə can rahatlığıdır. Məsələn, ev sahibi kirayəçini vaxtından əvvəl evdən çıxara bilməz, gözlənilmədən qiyməti artıra bilməz. Əgər vətəndaş uzun müddət bir yerdə yaşayırsa, orada qeydiyyata düşməlidir. Bununla da həmin ərazidə tibbi xidmətlərdən istifadə etmək, uşaqlarını bağçaya, məkətəbə qoya bilmək, seçkilərdə iştirak etmək, banklardan, mağazalardan kredit götürmək olar. Yəni, bu müqavilə bir çox məsələləri həll edə bilər".
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















