Müəllim, direktor və müavinlərinin maaşlarına aylıq əlavələr müəyyən edilir
1 sentyabr 2022-ci il tarixindən təhsilalanların sayına görə dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin, eləcə də sertifikatlaşma nəticəsinə görə müəllimlərin vəzifə maaşlarına aylıq əlavələrin edilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında" fərman imzalayıb.
"Marja" xəbər verir ki, fərmana əsasən, 2022-ci il sentyabrın 1-dən dövlət ümümi təhsil müəssisələrinin aşağıdakı rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən ediləcəkdir:
- direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə);
- təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə).
Nazirlərlər Kabinetinə bu Fərmanın nəzərdə tutulan əlavələrin məbləğlərini 2022-ci il sentyabrın 1-dək təsdiq etmək tapşırılıb.
XXX
Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) səriştə və nəticə əsaslı diferensiallaşdırılmış və əmək bazarında rəqabətqabiliyyətli əməkhaqqı sisteminin yaradılması məqsədilə qərara alıram:
1. 2022-ci il sentyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrinin aşağıdakı rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilsin:
1.1. direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə);
1.2. təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulan əlavələrin məbləğlərini 2022-ci il sentyabrın 1-dək təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 avqust 2022-ci il
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 58 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
4 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























