Zaqatalada "Kənd Boğçası" kənd təsərrüfatı yarmarkası keçiriləcək
19 Avqust 2022-ci il tarixində Zaqatala rayonunda Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) - Azərbaycan Tərəfdaşlıq Proqramına daxil olan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrin iştirakı ilə kənd təsərrüfatı məhsullarının yarmarkası baş tutacaq.
"Kənd Boğçası" fermer yarmarkasında qida qəhrəmanlarının məhsul və işləri təqdim olunaraq yerli qida məhsulları, qida təhlükəsizliyi və sağlam qidalanmanın əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılacaq. Tədbirə qatılan qonaqlar xüsusi məhsullarla tanış ola, yerli aşpazların hazırladığı təamlardan dada və kiçik fermer təsərrüfatı sahiblərinə dəstək ola bilərlər.
YarmarkadaAzərbaycan hökuməti tərəfindən maliyyələşdirilən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının üç layihəsi (Qadınların iqtisadi səlahiyyətlərinin artırılması, Gənclərin aqrar məşğulluğunun artırılması, Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması) və Avropa İttifaqının maliyyə dəstəyi və FAO-nun təşkilatçılığı ilə həyata keçirilən bir layihəsi (Azərbaycanın şimal-qərb regionunda davamlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişafı) iştirak edir.
Fermer yarmarkasının məqsədi yerli qida və kənd təsərrüfatı məhsullarınıtəqdim edərək potensial alıcıvə istehlakçıları həmin məhsullara cəlb etməkdir.Yarmarkanın təşkili bölgəyə məxsus məhsulların və adət-ənənələrinin təbliğinə töhfə verərək, regionun dayanıqlı inkişafına təkan verəcək. Kənd əhalisinin gəlirlərini və dolanışıq vəziyyətini yaxşılaşdırmaq və dəyər zənciri yanaşması ilə kiçik sahibkarlıq müəssisələrinin dəstəklənməsi yarmarkanın əsas hədəflərindən biridir.
Heç kəsi kənarda qoymadan daha yaxşı istehsal, daha yaxşı qidalanma və daha yaxşı həyat üçün inklüzivvə dayanıqlı aqro-ərzaq sistemlərinin yaradılması ümumi məqsədlərimizdən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 d. əvvəl
- 8 d. əvvəl
- 15 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Avropada təbii qazım qiyməti kəskin düşdü
Tramp İrana təşəkkür etdi
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar






.jpg)







.jpg)






