Coca-Cola musiqili avtobusla şəhər turuna dəvət edir
Milyonlarla insanın sevimli içkisi olan Coca-Cola Azərbaycanda bu yay şəhər sakinlərinə musiqi möcüzəsi bəxş edir.
Aksiya çərçivəsində Coca-Cola brendinqli musiqili avtobusu paytaxt küçələrində gəzinti təşkil edəcək.
Coca-Cola-nın musiqili avtobusu 26 İyul - 15 Avqust tarixləri arasında hər gün 16:00-21:00 arasında səyahət təşkil edir.
Park Bulvar AVM-nin parkinq girişindən səyahətə başlayan avtobus iki marşrut üzrə hərəkət edir:
1) Ağşəhər Bulvarı istiqamətində;
2) Bayraq Meydanı istiqamətində.
Musiqi avtobusda səyahət üçün 0.5 L ölçülü qızılı qapaqlı Coca-Cola Klassik, Coca-Cola Sıfır Şəkər, Coca-Cola Sıfır Şəkər Limon Və Laym, Fanta Portağal, Fanta Ekzotik, Fanta Düşes, Sprite məhsullarının altındakı xüsusi promo kod ilə qeydiyyatdan keçmək lazımdır.
Qızılı qapağın altındakı unikal kodu 3 vasitə ilə qeydiyyatdan keçirmək olar:
-“7676” nömrəsinə kodu SMS vasitəsilə göndərmək
-“music.coca-cola.az” internet saytı vasitəsilə qeydiyyatdan keçmək
- (+994 50 444 76 76) nömrəsinə kodu whatsapp vasitəsi ilə göndərmək
Avtobusa daxil olarkən qeydiyyatdan keçən iki promo kod və ya qapaqlar Coca-Cola əməkdaşına təqdim edilməlidir. Gəzintiyə qoşulan qonaqları musiqi alətlərinin ifaları müşayiət edəcək. Musiqili avtobusun ikinci mərtəbəsində qonaqların da həmin musiqi alətlərində ifa etmək imkanları olacaq. Birinci mərtəbədə olan fotozonada isə qonaqlar şəkil çəkdirə, həmçinin sevimli mahnılarını karaoke formatında ifa edə bilərlər.
Musiqili səyahətə 18 yaşdan yuxarı hər kəs, 12-18 yaş arası şəhər sakinləri isə valideynlərinin müşayəti ilə qoşula bilərlər.
Qeyd edək ki, Dünyanın ən nüfuzlu şirkətlərindən olan Coca‑Cola Azərbaycanda 1994-cü ildən etibarən fəaliyyət göstərir. Coca‑Cola məhsullarının Azərbaycanda istehsalçısı Türkiyənin Coca‑Cola İçecek şirkəti tərəfindən təsis edilən “Azərbaycan Koka-Kola Bottlers LTD” MMC-dir. Ölkənin qeyri-neft sektorunun ilk və ən böyük investorlarından olan Coca‑Cola İçecek 1996-cı ildə Sulutəpə qəsəbəsində istehsal zavodunu qurub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















