Tərtərli fermerin təcrübəsi - çoxşaxəli təsərrüfat, uğurlu nəticə
Bölgələrdə fermerlər tərəfindən iri, çoxşaxəli təsərrüfatların yaradılması öz bəhrəsini verməkdədir. Belə təsərrüfatlarda növbəli əkin sisteminin tətbiqi, əkinlərin planlı təşkili, düzgün aqrotexniki qulluq yüksək məhsuldarlığa səbəb olur ki, bu da ölkəmizdə ərzaq təhlükəsizliyinə xidmət edir.
Tərtər rayonun İsmayılbəyli kənd sakini Mirzə Cümşüdov da 110 hektar sahədə müxtəlif kənd təsərrüfatı məhsulları becərir. Növbəli əkinin tətbiq edildiyi təsərrüfatda taxıl, pambıq, qarğıdalı, günəbaxan, şəkər çuğunduru, soya bitlikləri, fındıq və tut tingləri əkilib.
Mirzə Cümşüdov bildirib ki, növbəli əkin sisteminin tətbiqi ilə hər rotasiyadan sonra torpağın təbii münbitliyi artır və bununla da becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı yüksəlir.
Əsasən ənənəvi və ixracyönümlü məhsulların becərilməsinə üstünlük verən fermer bu il 11 hektar ərazidə çiyid səpini həyata keçirib. Yaxşı çıxış əldə edilib. Pambığın becərilməsində müasir texnikalardan istifadə olunur. Hazırda pambıq sahələrində aqrotexniki qulluq işləri aparılır. Ötən il yüksək məhsuldarlıq əldə edən fermer cari ildə də hər hektardan 35 sentner məhsul götürəcəyini deyir.
Təsərrüfatın əsasını təşkil edən bitki növlərindən biri də taxılçılıqdır. 80 hektarda taxıl yetişdirən fermer səpin zamanı, əsasən, “Zirvə-85” buğda və “Qarabağ-22” arpa sortlarına üstünlük verib. Taxılın məhsuldarlığına və keyfiyyətinə təsir edən xəstəlik, zərərvericilərə və alaq otlarına qarşı vaxtlı-vaxtında mübarizə tədbirləri aparılıb. Nəticədə zəmilərdə bol məhsul yetişib. Arpa zəmilərinin hər hektarından 47 sentner məhsul götürən fermer yaxın günlərdə buğda biçininə başlanılacağını bildirib. Buğda sahələrinin hər hektarından 50 sentnerdən çox məhsul istehsalı gözlənilir.
Taxıl biçini başa çatan kimi eyni ərazidə ikinci dəfə qarğıdalı əkini həyata keçiriləcək. Hazırda arpa biçilən sahələrdə şum işləri aparılır. Beləliklə də fermer bir ildə həm iki dəfə məhsul əldə edir, həm də dövlətdən iki dəfə subsidiya alır.
Təsərrüfatın gəlirli sahələrindən biri olan şəkər çuğunduru əkininə də xüsusi diqqətlə yanaşılır. 5,5 hektarda becərilən şəkər çuğundurunun yığımına sentyabr ayında başlanılacağını deyən Mirzə Cümşüdov hər hektardan orta hesabla 60 tondan yuxarı məhsul istehsalı gözlənildiyini bildirib. Əldə edilən məhsul İmişli şəkər zavoduna təhvil veriləcək.
Bundan başqa, təsərrüfatda 6 hektarda qarğıdalı, 4 hektarda soya, 2 hektarda günəbaxan, 8 hektarda yonca, 3 hektarda 5100 ədəd fındıq tingi əkilib.
Ölkəmizdə baramaçılığa göstərilən dövlət qayğısından ruhlanan Mirzə Cümşüdov cari ildə 2 qutu (38 qram) ipəkqurdu toxumu da bəsləyib və 120 kiloqram barama istehsal edib. Gələcəkdə baramaçılığı daha da inkişaf etdirmək istəyən fermer 1,65 hektarda Çindən gətirilmiş 16 min 500 ədəd tut tingi əkib. Hazırda tut tinglərinə aqrotexniki qulluq göstərilir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 20 saat əvvəl
-
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 22 saat əvvəl
-
22 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
23 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
23 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 23 saat əvvəl
-
23 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















