Toxum emalı prosesinə həsr olunmuş “açıq qapı” günü keçirilib
(®) Toxum emalında innnovativliyi və öz təcrübəsini bölüşmək məqsədilə “Agro Dairy” şirkəti tərəfindən Hacıqabul rayonu, Muğan kəndi ərazisində yerləşən toxum emalı kompleksində “açıq qapı” günü keçirilmişdir.
“Açıq qapı günü”ndə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev, həmçinin, agentliyin Laboratoriya, Ekspertiza, Sertifikatlaşdırma Mərkəzinin direktoru, müvafiq şöbə və sektorlarının müdirləri, taxılçılıqla və toxumçuluqla məşğul olan fermerlər, taxılçılıq və toxumçuluq təsərrüfatlarının, biznes strukturlarının və kənd təsərrüfatı məhsulları istehsalçılarının 50 nəfərdən artıq nümayəndələri iştirak etmişdir.
Azərbaycanın aparıcı və iri taxılçılıq şirkətlərindən biri olan və 2014-cü ildə yaradılan “Agro Dairy” şirkətinin 2018-ci ildən toxumçuluq fəaliyyəti göstərməsi, bu fəaliyyət sahəsində ölkənin ərzaq təhlükəsizliyinin artırılmasını, milli toxum ehtiyatının elmi əsaslı inkişafını və xaricidən toxum asılılığını azaltmağı hədəflədiyi iştirakçıların diqqətinə çatdırılmışdır.
Ümumi gücü 20 t/saat məhsul qəbul edə bilən dərin toxum təmizliyi, ölçüsünə, uzunluğuna, çəkisinə görə çeşidləmə, dərmanlama, toxumun qorunması və mükəmməl cücərməsini tam təmin edən toxum emalı xətti kompleksinin təqdimatı həyata keçirilmiş, emal prosesinin mərhələləri, dərmanlama, qablaşdırma, paketləmə və etiketləmə barədə ətraflı məlumat verilmiş, bütün proseslər və mərhələlər əyani olaraq nümayiş etdirilmiş və iştirakçıların çoxsaylı sualları cavablandırılmışdır.
Eyni zamanda toxumla keçən xəstəliklərə, həmçinin torpaq zərərvericilərinə qarşı dərmanlamanın mahiyyəti izah edilmişdir.
Toxum laboratoriyası, toxumun məhsuldarlıq və keyfiyyət parametrlərinin (nəmliyi, proteinin və qülütenin miqdarı, sedimentasiya, düşmə ədədi, natura çəkisi) müəyyən edilməsi üçün müasir cihaz və avadanlıqlar barədə məlumat verilmiş və nümayiş etdirilmişdir.
“Açıq qapı günü”nün sonunda iştirakçılara “Agro Dairy”-də yetişdirilən payızlıq buğda və arpanın yerli və xarici sortlarının reproduksiyalar (elit və R1) üzrə toxumları və onların miqdarı, məhsuldarlıq göstəriciləri, üstünlükləri və təsərrüfat-bioloji xüsusiyyətləri toxumun istehsal xərcləri və qiymətləri barədə ətraflı məlumat verilmişdir.
Toxum emalı prosesinə həsr olunmuş “açıq qapı” günü təcrübələrin bölüşülməsi, fikir və təcrübə mübadiləsi, toxum emalı prosesində kompakt və innovativ metodlarla tanışlıq iştirakçılarda xoş əhval rühiyyə yaratmış, toxum emalında vacib məsələlərin həllinə töhfə verməkdə olduqca uğurlu hesab edilmişdir.
Şirkətin istehsal və emal etdiyi arpa və buğda toxumları barədə ətraflı məlumat almaq, eləcə də, toxum alışları üçün sifarişlərin həyata keçirilməsi üçün aşağıda qeyd olunmuş vasitələrlə əlaqə saxlamaq mümkündür.
elektron poçt: [email protected]
mobil: (+994 51) 201-77-55
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
2 d. əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 22 d. əvvəl
- 42 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Rusiyanın neft və qaz gəlirləri azalır
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Ən çox oxunanlar
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.



















