PAŞA Holding Zəngilanın dirçəlişinə töhfə verməyə davam edir
2020-ci ildən etibarən, fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq, ölkəmizin bütün nümayəndələrinin əsas məqsədləri arasında əsas yerlərdən birini Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması, eləcə də sözügedən ərazilərdə dayanıqlı iqtisadiyyatın formalaşmasına töhfə vermək təşkil edir.
Ölkənin aparıcı holdiqlərindən olaraq PAŞA Holding ilk gündən bu sahədə fəaliyyətləri ilə fərqlənir və hazırda bu fəaliyyətini davam etdirir. Belə ki, hazırda PAŞA Holding və onun maliyyə törəmə şirkətləri Heydər Əliyev Fondu tərəfindən icra olunan 3 layihənin icrasına dəstək göstərir. Bu layihələr çərçivəsində Zəngilan rayonunda yerləşən infrastruktur nümunələrinin də bərpası və konservasiyası nəzərdə tutulub ki, burada ilk növbədə Zəngilan məscidinin bərpası yer alır.
“Zəngilan məscidinin bərpası istiqamətində artıq bir sıra əhəmiyyətli işlər görülüb. Belə ki, minarələrdə təməl işləri yekunlaşıb; Köməkçi binalarda təməl beton işləri yerinə yetirilib. Ümumilikdə Zəngilan rayonunda aparılan bərpa proseslərinin 2023-ci ilin fevral ayında tamamlanması planlaşdırılır. Qeyd edim ki, Qarabağın dirçəlməsinə yönəlmiş layihələrin icrası və bu kimi layihələrə dəstəyin göstərilməsi birbaşa olaraq PAŞA Holding-in strategiyasında öz əksini tapır” - PAŞA Holding-in Korporativ kommunikasiyalar üzrə baş mütəxəssisi Aytac Muxtarzadə bildirib.
Xatırladaq ki, PAŞA Holding-in dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən icra olunan birinci layihə çərçivəsində Ağdam Cümə məscidi, Yuxarı Gövhər Ağa və Aşağı Gövhər Ağa məscidləri, eləcə də Zəngilan və Saatlı məscidlərinin bərpası həyata keçirilir; ikinci layihə çərçivəsində Ağdam rayonu, Qiyaslı kənd məscidinin bərpası və konservasiyası, eləcə də yeni tikililərin tikilməsi və ətraf ərazinin abadlaşdırılması nəzərdə tutulub; üçüncü layihə çərçivəsində isə Şuşa şəhərində Zəfər parkı və yeni məsçidin layihələndirilməsi, eləcə də digər mühəndislik işlərinin təşkili planlaşdırılır
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 19 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
SOCAR və Samsung E&A anlaşdı
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Ən çox oxunanlar
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib
























