"Albayrak" şirkətlər qrupu Bakı Limanında fəaliyyət göstərəcək
Türkiyənin 50-dən çox şirkəti birləşdirən aparıcı holdinqi, Türkiyə ilə yanaşı Avropa və Afrikada liman idarəetməsində və beynəlxalq ticarətin formalaşdırılmasında böyük təcrübəsi olan “Albayrak” şirkətlər qrupu Bakı Limanında regionun logistik imkanlarının genişləndirilməsində iştirak edəcək.
Bununla əlaqədar "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə holdinq arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi səhmdar cəmiyyətinin Baş direktoru Taleh Ziyadov və “Albayrak”ın rəhbəri Ahmet Albayrak imzalayıb.
Müqaviləyə əsasən, tərəflər Bakı Limanının texniki imkanlarının yaxşılaşdırılması, daha çox yükün cəlb edilməsi, eyni zamanda yüklərin operativ formada aşırılması və sair bu kimi sahələrdə sıx əməkdaşlıq edəcəklər. Əldə edilmiş yeni razılığa görə isə “Albayrak” Bakı Limanı ilə birgə “Ro-Ro” və “Gübrə” terminallarında fəaliyyət göstərəcək.
Yeni əməkdaşlıq müqaviləsinin əsas məqsədi logistika və təchizat zənciri sahəsində yük daşıyıcıları üçün ən rahat və stabil şəraiti formalaşdırmaqla Bakı Limanı vasitəsilə Azərbaycandan tranzit keçməklə Çin və Mərkəzi Asiya ölkələrindən Avropaya və Türkiyəyə daşınan yükün həcminin qısa zamanda artırılmasına nail olmaq, cəlb edilən yükün müasir logistik həllərin də tətbiq edilməsi ilə operativ formada aşırılmasını təmin etməkdir. Bu əməkdaşlığın qurulması ilə Bakı Limanına daha böyük həcmdə yükün cəlb edilməsi proqnozlaşdırılır ki, bu da həm yeni iş yerlərinin yaradılması, həm də Azərbaycan iqtisadiyyatına əlavə dəyər qatmağa imkan verəcək.
İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
3 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 21 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Ən çox oxunanlar
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
























