Avropada yeni boru kəməri açıldı - Azərbaycanın naziri mərasimdə çıxış etdi
Energetika naziri Pərviz Şahbazov Yunanıstanın Komotini bölgəsində Azərbaycan təbii qazını Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) açılış mərasimində iştirak edib.
Mərasimdə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Bolqarıstanın Baş naziri Kiril Petkovla yanaşı Azərbaycanın energetika naziri də çıxış edib.
Nazir ilk növbədə tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salam və təbriklərini çatdırıb.
Energetika naziri çıxışında IGB-nin reallaşmasını TAP-ın inkişafında mühüm bir mərhələnin başlanğıcı, Cənub Qaz Dəhlizinin yeni qollarla şaxələnməsinin göstəricisi kimi dəyərləndirib. Nazir deyib ki, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) açılışı Bolqarıstanın, ümumən Cənub-Şərqi Avropanın şaxələndirilmiş enerji təchizatında, istehlakçıların sərfəli və təmiz enerjiyə çıxışında strateji əhəmiyyətli hadisədir.
“Azərbaycan Bolqarıstan, Yunanıstan da daxil olmaqla Avropa ölkələri üçün şaxələndirilmiş qaz təchizatının sabit və strateji mənbəyi, həm də etibarlı tərəfdaşdır. Bir ildən artıq müddətdə Avropaya 13,5 milyard kubmetr qaz tədarük olunub. Bunun 1,4 milyard kubmetri Yunanıstanın, 440 milyon kubmetri isə Bolqarıstanın payına düşüb. Bolqarıstana ilk 6 ayda 160 milyon kubmetr olan qaz ixracının ilin sonuna 600 milyon kubmetrə çatacağı planlaşdırılır. İyulun 1-dən Bolqarıstana tam həcmdə, gündəlik 2,6 milyon kubmetr qaz ixrac edilir ki, bu da gündəlik tədarükdə 1,7 milyon kubmetr artım deməkdir”.
Nazir dayanıqlı enerji təhlükəsizliyi üçün ölkələr arasında əməkdaşlığın önəmini xüsusi vurğulayıb. Bildirilib ki, Cənub Qaz Dəhlizinin, onun yeni qolu İGB-nin ərsəyə gəlməsi, Azərbaycan qazının ən çox ehtiyac olan vaxtda Avropaya tədarükünün mümkün olması ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın, həmrəyliyin, qarşılıqlı etimad və dəstəyin nəticələridir:
“Tarixi İstanbul Sazişi imzalanmasaydı, Cənub Qaz Dəhlizi gerçəkləşməyəcəkdi. 2015-ci ildən etibarən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası formatında ölkələrimiz arasında mütəmadi sıx təmaslar, yüksək əlaqələndirmə, məsuliyyətli davranış və məqsədyönlü əməkdaşlıq olmasaydı, biz ardıcıl nailiyyətlərə imza ata bilməzdik. Cənub Qaz Dəhlizi Aİ-Azərbaycan enerji tərəfdaşlığının indiyədək əldə etdiyi ən böyük nailiyyətdir və biz bu uğur hekayəsini davam etdirmək niyyətindəyik.”
IGB-nin qarşıdakı illərdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində yeni layihələrin müjdəsi olduğu qeyd edilib.
Xatırladaq ki, 2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alınması ilə bağlı 25 illik saziş imzalayıb. 2019-cu ilin mayında isə Bolqarıstanın Kirkovo bölgəsində Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) təməlqoyma mərasimi keçirilib.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 13 saat sonra
-
-
2 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
4 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb



























