“CPM-İnvest” aktivlərindən ən yaxşı istifadə edən investisiya şirkətidir
Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “Troni” istisna olmaqla, ölkədə fəaliyyət göstərən 11 investisiya şirkəti 2021-ci ili 7 milyon 753 min manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 185, milyon 154 min manat məbləğində aktivlərin 4,2%-i qədərdir.
Ayrı-ayrı investisiya şirkətlərində isə sözügedən nisbət fərqlidir. Belə ki, ötən ildən mənfəətlə çıxmış 9 investisiya şirkəti arasında aktivlərindən ən yaxşı istifadə edəni "CPM-İnvest” olub. Onun əldə etdiyi xalis mənfəət aktivlərinin 20,3%-ni təşkil edib. Baxmayaraq ki, "CPM-İnvest" aktivlərinin məbləğinə görə, ölkədə 8-cidir.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri “Azfinance” tutub. Bu investisiya şirkəti 2021-ci ildə aktivlərinin 17,2%-i qədər xalis mənfəət əldə edib. Halbuki, “Azfinance” aktivlərinin məbləğinə görə, 11 investisiya şirkəti arasında 6-cı yerdə qərarlaşıb.
3-cü yerə isə "Xalq Kapital" sahib çıxıb. Bu investisiya şirkətinin ötənilki xalis mənfəəti aktivlərinin 12,5%-i qədər olub. Bu arada, “Xalq Kapital” aktivlərinin məbləğinə görə, investisiya şirkətləri arasında 9-cu yerdədir.
№ | İnvestisiya şirkətinin adı | Şirkətin ötənilki xalis mənfəətinin /zərərinin aktivlərinə nisbəti |
1 | CPM-Invest | 20,3% |
2 | Azfinance | 17,2% |
3 | Xalq Kapital | 12,5% |
4 | Unicapital | 8,7% |
5 | İnvest-AZ | 8,6% |
6 | PSG Kapital | 3,8% |
7 | BTB Kapital | 3,4% |
8 | PAŞA Kapital | 2,8% |
9 | ABB-Invest | 1,4% |
10 | Plato Capital and Co. | -29,9% |
11 | MFX-Trading | -43,3% |
12 | Troni | - |
| Orta hesabla | 4,2% |
© Renkinq
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
19 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























